Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Araşdırma / MƏŞHUR ŞİRKƏTIN BÖYÜK VERGİ BORCU – “Akkord”un 1 milyonluq borcu nədən yaranıb?

MƏŞHUR ŞİRKƏTIN BÖYÜK VERGİ BORCU – “Akkord”un 1 milyonluq borcu nədən yaranıb?

Hələ 2006-cı ildə dövlət qeydiyyatına alınan və uzun illər Azərbaycanın tikinti sektorunda aparıcı şirkətlərdən biri olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın külli miqdarda vergi borcu yaranıb.

Azinforum.az xəbər verir ki, şirkətin vergi borci 1 milyon manata yaxın – 980 min 418 manat təşkil edir. Bu barədə Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bazasındakı məlumata istinadla məlumat yayıb. Qeyd edək ki, bu məbləğ şirkətin 22 iyun 2020-ci il tarixinə olan vergi borcunu əks etdirir və vergi xidmətinin məlumat bazasında yer almaqdadır.

Tikinti sektorunun iri şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşıb. Lakin fəaliyyətə başladığı ilk vaxtlardan şirkət barədə mətbuatda çoxsaylı materiallar dərc edilib. Onun gah bir, gah digər iri ranqlı məmur-oliqarxla bağlı olduğu iddia edilib. Və bu vaxt daha çox “köhnə komanda”ya aid şəxslərin adları çəkilib. Bir müddət əvvəl mətbuatda şirkətin sahibinin dəyişdiyi, təhvil verildiyi barədə də məlumatlara rast gəlinib.

Bununla yanaşı, hazırda heç də ölkənin ən böyük və güclü şirkətləri sırasında yer almayan “Akkord”-un belə böyük məbləğdə vergi borcunun yaranmasının səbəbi barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bu şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır və rəsmi olaraq, qanuni təmsilçisi Bürhan Həmidovdur. Dərya Vəliyev isə şirkətin Müşahidə Şurasının sədridir.

Ancaq mətbuatda yayılan məlumatlarda şirkətin real sahibinin sabiq baş prokuror Zakir Qaralov olduğu göstərilib. Elə “Akkord”-un yarandıqdan qısa müddət sonra böyük layihələr həyat keçirməyə başlaması və sonrakı dövrlərdəki fəaliyyəti də onun arxasında güclü himayədarının olduğundan xəbər verib. Mümkündür ki, rəsmi gəlirinə görə hesablanmış vergini belə buna görə ödəməyə bilib… 

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …