Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Məşhur həkimin evinə basqın edən şəxslər saxlanıldı

Məşhur həkimin evinə basqın edən şəxslər saxlanıldı

Azərbaycanda məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar.

Report xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində uroloq, professor Kamal Abdullayev və həyat yoldaşına qarşı quldurluq edən 4 nəfər tutulub. Saxlanılan şəxslər Anar Əmirli, Elməddin Musayev, Natiq Musayev və Bəhruz Hacızadədir.

Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xatırladaq ki, quldurluq hadisəsi bu il iyulun 29-da baş verib. Naməlum şəxslər K.Abdullayevin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki evinə daxil olaraq, məşhur uroloqun və həyat yoldaşının əl-qollarını bağlayıb, işgəncəyə məruz qoyublar. Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın