Bazar , Oktyabr 25 2020
Ana səhifə / Araşdırma / Məşhur erməninin qətli – ermənilər əmək qəhrəmanının qətlini azərbaycanlıların üstünə yıxmağa çalışırmışlar

Məşhur erməninin qətli – ermənilər əmək qəhrəmanının qətlini azərbaycanlıların üstünə yıxmağa çalışırmışlar

Suren Adamyan Dağlıq Qarabağ Muxtar Vilayətinin mövcudluğu dövründə vilayətin tanınmış şəxslərindən biri olub. O, 1945-ci ildən ömrünün sonuna qədər Azərbaycanda qabaqcıl sıralarda olan keçmiş Martuni rayonunun Çartaz kəndindəki “Kommunizm” kolxozunun sədri vəzifəsində çalışıb. İctimai fəaliyyəti və kənd təsərrüfatı sahəsində nail olduğu göstəricilərə görə dövrün ən yüksək mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1983-cü ildə onun həyatına son qoyulmasaydı, yəqin ki, bir çox güzəşt və imtiyazlara sahib olan, Moskva ilə sıx əlaqələr yarada bilən Adamyan Azərbaycanın hesabına daha çox şeylərə nail olacaqdı…

Beləliklə, 1983-cü ildə ittifaq miqyasında böyük səs-küyə səbəb olan qətl hadisəsi baş verir. Martuni rayonunun Çartaz kəndində baş verən qanlı cinayət elə həmin gün Kreml kabinetlərində ciddi müzakirələrə səbəb olur. “Kommunizm” kolxozunun sədri, Sosialist Əməyi Qəhrəmanı Suren Adamyanın öz mənzilində güllələnməsi, həyat yoldaşının isə baltalanması Dağlıq Qarabağda yaşayan ermənilərlə azərbaycanlılar arasında da gərginlik yaradır. Məqam gözləyən ermənilər cinayət hadisəsinin azərbaycanlılar tərəfindən törədildiyini az qala xarici mətbuata da çıxarmağa cəhd edirlər. İstintaq yekunlaşmadan Ermənistandan və Dağlıq Qarabağda yaşayan ermənilər tərəfindən Moskvaya yüzlərlə məktub və teleqramlar göndərilir. Cinayət işi Mərkəzi Komitənin nəzarətinə götürülür.

Cinayət işinin istintaqı Azərbaycan SSR prokurorluğunun mühüm işlər üzrə müstəntiqinin rəhbərlik etdiyi qrupa həvalə edilir. Ermənilərin ciddi təkidlərindən sonra SSRİ prokurorluğunun göstərişi ilə həmin qrupa DTK-nın 3 müstəntiqi və Dağlıq Qarabağ Muxtar Vilayəti prokurorluğunun milliyətcə erməni olan 2 müstəntiqi də cəlb olunur.

Təbii ki, istintaq qrupunun bu tərkibi də erməniləri qane etmir. Onlar cinayət işinin SSRİ prokurorluğuna verilməsinə cəhd edirlər. Məqsəd istintaq qrupunda azərbaycanlıların olmaması, müxtəlif təsir vasitələri ilə cinayətin izini itirmək, qətlin azərbaycanlılar tərəfindən törədilməsini sübüta yetirmək olur. Ancaq ermənilər bu istəklərinə nail ola bilmirlər. Cinayət Azərbaycanda törədildiyindən, məhz Azərbaycan SSR prokurorluğu tərəfindən araşdırılmasına qərar verilir.

Beləliklə, Azərbaycan prokurorluğunun rəhbərlik etdiyi istintaq qrupu bir neçə gündən sonra cinayətin izinə düşürlər.

İstintaq zamanı məlum olur ki, qətl ermənilər tərəfindən törədilib və soyğunçuluq məqsədi daşıyıb. Qətlin əsas icraçıları kimi Dağlıq Qarabağ Muxtar Vilayətində müxtəlif rayonlarda və ünvanlarda qeydiyyatda olan Baqdasaryan və Asryanın axtarışına başlanılır. İstintaq zamanı o da məlum olur ki, hər iki şəxsin istifadə etdiyi silahlar Ermənistandan və Soçi şəhərindən əldə olunub.

Cinayətkar qrup əvvəlcədən Suren Adamyanın evindəki seyfində saxlanılan böyük pul məbləği, istiqraz və zinət əşyalarının olması haqqında məlumatlar əldə edirlər. Kolxoz sədrinin evində saxlanılan pul və qiymətli əşyaların ümumi məbləğinin yarım milyondan artıq olduğu da cinayətkarlara məlum olur.

Həmin dövrdə bu cinayət hadisəsi soyğunçuluq faktı ilə yanaşı, həm də vilayətdə milli münaqişələrin qızışdırılması məqsədini daşıyır. Əsas məqsədlərdən biri də Dağlıq Qarabağ Muxtar Vilayətində həmin dövrdə ermənilərə qarşı amansız mövqedə dayanan, hər an ermənilərin murdar niyyətlərini ifşa etməyə hazır olan çox azsaylı azərbaycanlı məmurların işdən azad olunması, vilayətdən uzaqlaşdırılması olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfərdən ibarət cinayərkar qrup saxlanılır. Baqdasaryan və Asryan isə Krasnodarda xüsusi əməliyyat zamanı təslim olurlar. Bu 2 cinayətkar məhkəmənin hökmü ilə ən ağır cəzaya, ölüm hökmünə, güllələnməyə məhkum olunurlar.

Xatırladaq ki, 27 fevral 1983-cü ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən Suren Adamyan Azərbaycanın büdcəsi hesabına təkcə başçılıq etdiyi kolxozu və yaşadığı kəndi deyil, həm də öz şəxsi büdcəsini də yetərincə zənginləşdirib. Ancaq o, Çartaz kəndindəki bütün fəaliyyəti dövründə azərbaycanlılara bu kənddə bir ev tikməyə belə şərait yaratmayıb, əngəlllər törədib.

Suren Admayanın qətlinin digər bir səbəbi də aşkar olunub. Belə ki, kifayət qədər zəngin olan kolxoz sədri ilə bu kənddəki şərab zavodunun direktoru Baqdasaryanın həyat yoldaşının nəzərəçarpacaq dərəcədə yaxınlıqları olub. Suren Adamyanın həyat yoldaşı Asmik Baqdasaryanın vəhşicəsinə baltalanması da bu yaxınlığın qisası kimi qiymətləndirilib.

Ən maraqlı və gülüş doğuran fakt isə odur ki, “ədalət carçısı” olan Zori Balayan cinayətkarların əməlləri sübuta yetirildikdən, layiqli cəzalarını aldıqdan sonra qətlin müəlliflərinin azərbaycanlı olduqlarını dilə gətirməsidir. Bax, əsl erməni həyasızlığı buna deyirlər…

Musavat.com

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …