Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Məşhur bəstəkarın oğlunun adı bank qalmaqalında

Məşhur bəstəkarın oğlunun adı bank qalmaqalında

“Beynəlxalq Bankın sədr müavini Ülvi Mansurov vəzifəsindən azad edilməlidir”. Bu iddianı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirib. 
Ekspertin sözlərinə görə,  hazırda Beynəlxalq Bankın idarə heyətinin sədr müavini vəzifəsində çalışan Ülvi Mansurovun fəaliyyəti qanuna ziddir:
“Banklar haqqında qanunun 10-cu maddəsində konkret olaraq qeyd edilib ki, bank hansısa bir pozuntuya görə bağlanıbsa və yaxud da müflis elan edilibsə və bu barədə qərarın qəbul edildiyi tarixdən əvvəlki bir il ərzində bankda rəhbər işləyən şəxslər 3 il ərzində başqa bankda vəzifə ola bilməz.
Məlum olduğu kimi, ötən ilin fevralın 1-də Mərkəzi Bank pozuntulara görə “Texnikabank”ın lisenziyasını əlindən alıb, fevralın 10-da isə məhkəmə bu bankı müflis elan edib. Hazırda Beynəlxalq Bankın rəhbər şəxslərindən olan Ülvi Mansurov 2012-2015-ci illərdə “Texnikabank”ın idarə heyətinin sədri vəzifəsində çalışıb. Mərkəzi Bank “Texnikabank”ın müflisləşməsindən sonra dərhal Ü.Mansurovu hazırki işindən azad etməli idi. Və ya Beynəlxalq Bankın müşahidə heyəti bu barədə tədbir görməli idi və yaxud da Ü.Mansurov özü könüllü surətdə vəzifəsindən istefa verməli idi. Təəssüf ki, bu tədbirlərin heç biri görülməyib. Bu da onu deməyə əsas verir ki, Mərkəzi Bank və digərləri ilk növbədə banklar haqqında qanundan xəbərsizdirlər”.
Məsələ ilə bağlı Beynəlxalq Bankın münasibətini öyrənməyə çalışdıq. Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli qeyd etdi ki, bankın rəhbərliyi  bu məsələyə heç bir şərh vermək istəmir.
Qeyd edək ki, Ülvi Mansurovun bəstəkar Eldar Mansurovun oğludur. Bəstəkar oğlu haqqında səslənən iddialara  bu cür münasibət bildirib:
“Mən atasıyam, bu barədə heç nədən xəbərim yoxdur. Ümumiyyətlə, məsələnin mənə heç bir aidiyyatı yoxdur”.
Qeyd edək ki, Ülvi Mansurovun bank sektorunda ilk işə 2001-ci ildə Beynəlxalq Bankın “Sahil” filialında başlayıb.
2003-cü ildə o, baş idarənin maliyyə depatamentinə baş mütəxəssis kimi dəvət edilib. 3 il bu vəzifədə işlədikdən sonra Mansurov maliyyə auditi və monitorinq departamentinə rəhbər təyin edilib.
2009-cu ildə Ülvi Mansurov mühasibatlıq üzrə müavin vəzifəsində 2 il çalışdıqdan sonra, digər bankda işləmək üçün dəvət alıb. Mansurovun növbəti iş yeri 2012-ci ildə “Texnikabank”ın idarə heyətinin sədri vəzifəsində olub. Mansurov 2015-ci ilin əvvəlində bu vəzifədən istefa verib. Bir neçə aydan sonra isə Beynəlxalq Bankın idarə heyətinin sədr müavini vəzifəsinə gətirilib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın