Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Araşdırma / Məşhur aparıcının Azərbaycan kökləri var imiş – Video

Məşhur aparıcının Azərbaycan kökləri var imiş – Video

“Peopletalk TV” Yutub kanalında yayımlanan “Lüdi qovoryat” (“İnsanlar danışır”) layihəsinin növbəti qonağı Rusiyanın “Birinci kanal”ının aparıcısı, futbolçu Andrey Arşavinin keçmiş həyat yoldaşı Yuliya Baranovskaya olub.

“Qafqazinfo”nun məlumatına görə, o, müsahibəsi zamanı Azərbaycan köklərinin olması barədə danışıb. Aparıcı bu barədə bir neçə il əvvəl, Yelena Malışevanın “Zdorovye” (“Sağlamlıq”) proqramında genetik test keçdikdən sonra öyrənib. Məlum olub ki, onun genetik doğmaları Azərbaycanda da yaşayır.

Yuliya Baranovskaya, həmçinin Bakıda keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı barədə də danışıb. Aparıcı qeyd edib ki, tədbir onun üçün xüsusi önəm kəsb edir. “Birinci kanal”ın ulduzu festivalın aparıcılarından biridir və, onun sözlərinə görə, o, özünü evindəki kimi hiss edir.

Qeyd edək ki, Y.Baranovskaya unikal genetik analizi 2018-ci ildə keçib. Həmin proqramda baş verənlər aşağıdakı videoda:

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …