Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Mərhum jurnalistin oğluna bəraət verildi

Mərhum jurnalistin oğluna bəraət verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Tural Sadıqovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rasim Sadıqov sədrlik edib. Prosedə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Sadıqov bəraət alıb və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Tural Mahal oğlu Sadıqov etibardan sui-istifadə və ya aldatma yolu ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində tikinti materiallarının satışı ilə məşğul olan Seymur Yolciyev və Qəhrəman Qulamovdan 308 min manat dəyərində müxtəlif tikinti materiallarını nisyə alıb, pulunu ödəməyərək həmin şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunub.

Xatırladaq ki, Tural Sadıqov mərhum jurnalist Mahal İsmayıloğlunun oğludur.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın