Ana səhifə / Araşdırma / “Mənim heç nəyə ehtiyacım yox idi” – Bayraq meydanının sabiq rəisi məhkəmədə ifadə verdi

“Mənim heç nəyə ehtiyacım yox idi” – Bayraq meydanının sabiq rəisi məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən A. Məmmədov özünü təqsirli bildiyini, digərləri isə özünü təqsirli bilmədiklərini deyiblər.

Daha sonra prosesdə Rəşad Məmmədov ifadə verib. Bildirib ki, 2011-ci ildə prezident tərəfindən Bayraq Meydanı Kompleksi İdarəsinə sədr təyin edilib: “Bizim işimiz bayrağın təbliği və meydan ətrafında abadlıq işlərinin həyata keçirilməsindən ibarət idi. Mən vəzifəyə gələndə kifayət qədər maliyyəm var idi. Mənim heç nəyə ehtiyacım yox idi. İşçilərimlə bir ailə kimi olmuşam. Onlara bonus da, mükafat da vermişəm. Zabil Salmanovu İsfəndiyarın vasitəsi ilə tanımışam. Mən onun əmlakını ailəm üçün almışam. Orda haramçılığa yol verə bilməzdim. Sonradan Zabil bizi məhkəməyə verdi və kompensasiya tələb etdi. Həmin kompensasiyanı ödəməyi də İsfəndiyar boynuna götürdü”.

R. Məmmədov ittihamları qəbul etmədiyini deyib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın