Ana səhifə / Araşdırma / Məmur oğlu Bakıda restoranda atəş açdı: 6 yaralı var

Məmur oğlu Bakıda restoranda atəş açdı: 6 yaralı var

Lökbatandakı restoranda atəş açanlardan biri nazirliklərdən birinin şöbə müdirinin oğludur.

Bu barədə musavat.com-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Hələlik adı çəkilməyən məmur oğlu dostu ilə birlikdə restoranda istirahət edirmiş. Həmin vaxt restoranda başqa müştərilər ad günü mərasimi keçirirmiş. İki dostun ad günü iştirakçıları ilə mübahisəsi düşüb. Mübahisə zamanı dostlardan biri “Vinçester” markalı tüfəng, digəri isə “Makarov” markalı tapança çıxarıb və atəş açmağa başlayıblar.

Nəticədə 6 nəfər – Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev yaralanıb. Yaralıların hamısı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

*   *   *00:53

Bakıda atışma olub.

Musavat.com-un məlumatına görə, hadisə Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında baş verib.

Müştərilər arasında mübahisədən sonra baş verən atışma nəticəsində azı 4 nəfər yaralanıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Restoran bağlanıb, obyektə heç kim buraxılmır. Təfərrüatlar barədə məlumat verilmir.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın