Ana səhifə / Araşdırma / Məktəbli qız özünü niyə asdı? – TƏFƏRRÜAT, YENİLƏNİB

Məktəbli qız özünü niyə asdı? – TƏFƏRRÜAT, YENİLƏNİB

Dünən axşam saatlarında Pirallahı rayonunun Gürgən qəsəbəsində intihar edən 14 yaşlı Səbinə Əhmədli Yavər Əliyev adına 235№-li tam orta məktəbin şagirdi olub.
Lent.az-ın xəbərinə görə, Pirallahı qəsəbəsində yerləşən məktəbin rus bölməsində 8B sinfində oxuyan S.Əhmədli məsuliyyətli, yaxşı oxuyan şagirdlərdən imiş.
Məktəbin təlim-tərbiyə üzrə direktor müavini Şahin Allahverdiyev bildirib ki, S.Əhmədli dünən də dərslərində yaxşı iştirak edib: “7 dərsdən sonra hamı ilə görüşüb gediblər. Səbinə yaxşı oxuyan, tərbiyəli, məsuliyyətli şagirdlərdən idi. Cəmi 4 dərsdən qiyməti 4 idi. Qalan fənlərdən 5 alırdı. Dünən də normal əhval-ruhiyyədə, deyib-gülə dərsdən çıxıblar”.
Qonşularının bildirdiyinə görə, S.Əhmədli atasını xeyli müddət əvvəl itirib və bundan sonra anası başqa kişi ilə ailə həyatı qurub. İkinci izdivacdan qadının daha 3 övladı olub və Səbinə də atalığının himayəsində yaşayıb.
Yeniyetmə qızın intiharına gəlincə, bildirilir ki, anası onun telefonunu yoxlayarkən kiminləsə yazışmasını tapıb və qızını bərk danlayıb. Hətta dünən dərsdən evə qayıdan Səbinəni anası qapı arxasında saxlayıb və onu evə buraxmayıb. Məhz bu psixoloji sarsıntının təsiri altında 14 yaşlı qız özünü öldürərək həyatına son qoyub.
Faktla bağlı Pirallahı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
***
Bakıda intihar hadisəsi baş verib.
Pirallahı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Gürgən qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 14 yaşlı Səbinə Əhmədli yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Məlumata görə, S. Əhmədli orta məktəb şagirdidir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın