Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Araşdırma / Məktəb direktorunun inəklərini oğurladılar

Məktəb direktorunun inəklərini oğurladılar

Azərbaycanda məktəb direktorunun inəkləri oğurlanıb.

Musavat.com xəbər verir ki, hadisə Cəlilabad rayonunda baş verib. Rayonun Günəşli kənd 2 saylı orta məktəbinin direktoru Kəramət Həsənovun 4 baş inəyini oğurlayıblar.

Oğrular məktəb direktorunun inəklərini evinin həyətindəki tövləsindən aparıblar. Gecə saatlarında baş verən oğurluqdan məktəb direktoru səhər xəbər tutub. Bir neçə gün əvvəl baş verən oğurluq hadisəsi ilə bağlı polisə məlumat verilib. Lakin hələlik inək oğrularından xəbər yoxdur.

Qeyd edək ki, Cəlilabadda bu cür oğurluq hadisələri, əsasən də ilin bu mövsümündə, tez-tez baş verir. Keçən ildə bu mövsümdə rayonda 6-7 iri və xırda buynuzlu heyvanların oğurlanması hadisələri baş vermişdi.

Həmçinin oxuyun

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib. …

Bir cavab yazın