Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Araşdırma / Məkkədə 63 yaşlı zəvvar yoxa çıxdı- Ərafat dağında

Məkkədə 63 yaşlı zəvvar yoxa çıxdı- Ərafat dağında

Dağıstanlı zəvvarın mobil telefonuna zəng çatmır….

Məkkədə Həcc ziyarətini icra edən  zəvvarlardan biri itkin düşüb.
Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər yayıb.
Rusiya zəvvar heyyətinin koordinatorlarından birinin verdiyi məlumata görə, Dağıstandan  olan 63 yaşlı  zəvvar cümə axşamı səhər digər Rusiya vətəndaşlarıyla birgə Ərəfat dağına yollanıb. Orada  Həcc ziyarətinin növbəti ayininin icrasından sonra hamı geri dönsə də, dağıstanlı kişini görən olmayıb. Yerli vaxtla saat 22:30-dək zəvvar qayıtmayıb və mobil  telefonuna zəng çatmayıb.
Hazırda Səudiyyə Ərəbistanının təhlükəsizlik xidmətinin əməkdaşları 63 yaşlı itkin zəvvarı axtarmaqdadırlar. Onun Pakistanda yayılmış dillərdən birini bildiyindən həmyerlilərini itirdikdən sonra pakistanlı zəvvarlara qoşulduğu da ehtimal edilir.

Həmçinin oxuyun

Azərbaycan Seyran Ohanyanı beynəlxalq axtarışa verib

Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib. …

Bir cavab yazın