Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Məhkəmədən çıxan qadın pilləkəndən yıxılıb öldü

Məhkəmədən çıxan qadın pilləkəndən yıxılıb öldü

Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkənlərdən yıxılması nəticəsində ölüb.

“Report” xəbər verir ki, hadisə Cəlilabad Rayon Məhkəməsinin həyətində baş verib.

Belə ki, rayonun Əliqasımlı kənd sakini, 1937-ci il təvəllüdlü Şüküfə Aslanova kredit borcuna görə məhkəməyə dəvət edilib. Məhkəmədən çıxarkən Ş.Aslanovanın ayağı pilləkənə ilişib və o, yıxılıb.

Ağır kəllə-beyin travması alan Ş.Aslanova Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı elə oradaca dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın