Ana səhifə / Araşdırma / Məhkəmədə Maşallah Əhmədovla zərərçəkən arasında dava düşdü

Məhkəmədə Maşallah Əhmədovla zərərçəkən arasında dava düşdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov qeyd edib ki, M. Əhmədovla aralarında heç bir razılaşma yoxdur. O, M. Əhmədova yüksək cəza verilməsini məhkəmədən xahiş edib.

M. Əhmədov isə zərərin ödəniləcəyini deyib.
M. Əhmədovun vəkili prosesə gəlmədiyi üçün iclas təxirə salınıb.
Daha sonra M. Əhmədovla digər zərərçəkmiş Sərxan arasında əlbəyaxa mübahisə yaranıb.

Proses dekabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın