Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Məhkəmə Xədicə İsmayılovanı şüşə qəfəsdə saxladı

Məhkəmə Xədicə İsmayılovanı şüşə qəfəsdə saxladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyeva sədrlik etdiyi prosesdə X.İsmayılovanın vəkili Fariz Namazlı bir sıra vəsatətlərlə çıxış edib.

F.Namazlı müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarılaraq vəkilin yanında əyləşdirilməsi, X.İsmayılova barədə cinayət işinə xitam verilməsi və həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun vəkili Yalçın İmanovun yenidən prosesə qaytarılması və işdə iştirakına icazə verilməsi, bir sıra şahid ifadələrinin sübutlar siyahısından çıxarılması, əlavə şahidlərin dindirilməsi, məhkəmə prosesində audio və videoçəkilş aparılmasna icazə verilməsi, zərərçəkən Tural Mustafayevin videomüracətinin sübutlar siyahısına daxil olunması barədə vəsatətlər qaldırıb. Lakin vəsatətlər təmin olunmayıb.

Bununla da məhkəmə prosesi başa çatıb. Məhkəmə baxışı avqustun 7-si saat 11-ə təyin olunub.

*   *   *12:11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edir.

Baş Prokurorluğun mətbuat xidmətinin X.İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq” radiosu və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda sink-oksid dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına örə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxllanılıb. T.Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbail Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr 2014-cü ildə X.İsmayılova barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sonradan X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın