Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Məhkəmə Seymur Həzini həbsdə saxladı

Məhkəmə Seymur Həzini həbsdə saxladı

Sumqayıt Apelyasiya Məhkəməsində “Azadlıq” qəzetinin şöbə müdiri, AXCP sədrinin müavini Seymur Həzinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, Abşeron Rayon Polis Şöbəsi və Prokurorluğunun birgə yaydığı məlumata görə, ötən il Ceyranbatan qəsəbəsində Seymur Həzi ilə Bakı şəhər sakini Məhərrəm Həsənov arasında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkətlərinə yol verilməsi faktı ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və S.Həzi Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Abşeron Rayon Məhkəməsinin hökmünə görə, S.Həzi 5 il, M.Həsənov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Həzi apellyasiya şikayəti verib. O, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib (APA).

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın