Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Məhkəmə Maşallah Əhmədova növbəti dəfə vaxt verdi

Məhkəmə Maşallah Əhmədova növbəti dəfə vaxt verdi

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan keçmiş futbolçu Maşallah Əhmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Faiq Qasımov sədrlik edib. Prosesdə Maşallah Əhmədova növbəti dəfə vaxt verilib.

Prosesdə hakim dəymiş ziyanın ödənilməsi ilə bağlı tərəflərin razılığa gəlməsi üçün üç gün vaxt verildiyini bildirib.

Zərərçəkmiş Yusif Əzizov isə ona məxsus daşların qaytarılmasını istəyib.

Proses mayın 19-na qədər təxirə salınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Maşallah Əhmədov və onun vəkili Samir Abdullayev apelyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəza verilməsini istəyir.

Maşallah Əhmədov 2015-ci il dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın