Ana səhifə / Araşdırma / “Lukoil” vitse-prezidentinin oğlu ilə “avtoşluq” edən erməni qızı yenə xuliqanlıq etdi

“Lukoil” vitse-prezidentinin oğlu ilə “avtoşluq” edən erməni qızı yenə xuliqanlıq etdi

Moskvada “Lukoil” şirkətinin vitse-prezidenti Azat Şamsuvarovun (milliyətcə tatardır) oğlu Ruslan Şamsuvarovun oğlunun “Galendewagen” avtomobili ilə qatı avtoxuliqanlıq etməsi ətrafında qalmaqal səngimir. Xəbər verildiyi kimi Ruslan Şamsuvarov nömrəsiz “Galendewagen”lə Moskva küçələrində yüksək sürətlə hərəkət edib və onun arxasınca bir neçə Yol Patrul Polisi maşını düşüb. Avtoxuliqan isə polislərin onu necə qovduğunu Periscope sosial şəbəkəsindən canlı yayımlayıb. Nəhayət Şamsuvarov saxlanılıb və onun barəsində 15 sutkalıq həbs cəzası kəsilib.

Virtualaz.org xəbər verir ki, Rusiya mətbuatı onun maşında tək olmadığı, “qızıl gəncliyin” daha 3 nümayəndəsi ilə birlikdə avtoxuliqanlıq etdiyini yazır. Onlardan biri də Moskvada avtoxuliqan kimi tanınan 23 yaşlı erməni qızı Mara Baqdasaryandır.

Ötən həftə sonu Mara Baqdasaryan yenidən Moskva küçələrinə çıxıb və yol hərəkət qaydalarını kobud şəkildə pozub. REN TV xəbər verir ki, bu dəfə o, avtomobili yüksək sürətlə deyil, 20 kilometr saat sürətlə sürüb və yolda digər hərəkət iştirakçılarına maneə yaradıb.

Mara Baqdasaryan özünü “prokuror qızı” kimi təqdim edir. Lakin əslində o, ət emalı kombinatının sahibi Elmar Baqdasaryanın qızıdır. Mara 15 yaşından maşın sürür və qatı avtoxuliqan kimi tanınır. Onun balansında yüzlərlə ödənilməmiş cərimə və yol qəzaları var. Mara Baqdasaryan ötən il Moskvada dəhşətli qəza törədib. Onun idarə etdiyi  BMW X6 avtomobili Kutuzovsk prospektində saatda 200 kilometr sürətlə hərəkət edərək qarşı hərəkət zolağına çıxıb və Range Roverlə toqquşub. Toqquşma o qədər güclü olub ki, BMW-nin içərisindəkilər avtomobilin qabaq şüşəsindən çıxaraq onlarla metr havada uçublar. Bu qəzada 3 nəfər həlak olub, onlardan biri polis əməkdaşıdır. Qəzada Mara sağ qalıb, lakin sükan arxasında məhz onun olduğunu sübut etmək mümkün olmadığından həbs edilməyib.

Sonuncu avtoxuliqanlıq əməlinin 3 iştirakçısı barədə inzibati həbs qərarları verilsə də erməni qızı yenə də azadlıqdadır və bu dəfə patrul polisi ilə saatda 20 kilometr sürətlə “məzələnir”…

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın