Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Lotu Quli”nin yeznəsi azadlığa çıxdı – Vaxtından əvvəl

“Lotu Quli”nin yeznəsi azadlığa çıxdı – Vaxtından əvvəl

Kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun yeznəsi olan və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynov azadlığa buraxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən V.Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib. Onun müraciəti təmin edilib və qalan 3 aylıq cəzasını çəkmədən sərbəst buraxılıb.

Qeyd edək ki, V.Hüsyenovun üzərindən 12,360 qram heroin aşkar edilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın