Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Araşdırma / “Lotu Quli”nin yaxınlarına hökm oxunacaq – İntizarı silahla hədələyiblər…

“Lotu Quli”nin yaxınlarına hökm oxunacaq – İntizarı silahla hədələyiblər…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilənlər – Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə təqsirləndirilən şəxslər cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək onların hər birinin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Adıçəkilən şəxslər özlərini “Lotu Quli”nin qardaşı “Lotu Namiq”in adamları kimi təqdim edərək “Şeron” qrupunun sabiq üzvü “Şadan” qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramin Qasımovu silahla hədələyərək hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul tələb ediblər. Bir qədər sonra isə tələb olunan pulların verilməsi müddətini artırmaq üçün onlardan 1000 dollar alıblar. Ardınca isə İ.Məmmədovun “Mercedes Benz S-Class” markalı maşınını əlindən alaraq 10 min manatla əvəz ediblər.

Onların növbəti qurbanı isə Ramin Qasımov olub. Ondan birinci dəfə 4 min dollar alıblar, ikinci dəfə 12 min dolları alanda polis əməkdaşları tərəfindən saxlanılıblar.

İttiham olunan şəxslərdən biri, Əfsun Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində mülki mühafizəçi olub, onun barəsindəki cinayət işində istintaq zamanı xitam verilib və o, təcridxanadan azadlığa buraxılıb.

Həmçinin oxuyun

UKRAYNADAN ELTON MƏMMƏDOVA BƏD XƏBƏR – Şirkətinin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın