Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Lotu Quli”nin adamı olan “qanuni oğru” türmədə asılmış vəziyyətdə tapıldı

“Lotu Quli”nin adamı olan “qanuni oğru” türmədə asılmış vəziyyətdə tapıldı

Rusiyanın Perm vilayətinin 11 saylı cəzaçəkmə müəssisəsində “Maks Pioner” kimi tanınan 36 yaşlı “vor zakon” Maksim Novikov asılmış vəziyyətdə tapılıb.

Virtualaz.org xəbər verir ki, həbsxana nəzarətçilərinin səylərinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb. Kamera yoldaşlarının bildirdiyinə görə hadisədən bir neçə saat əvvəl “Maks Pioner” vəkili ilə görüşüb və “vor kimi öləcəyini” deyib. Bununla belə onun yaxın ətrafı inthar versiyasına inanmır.

“Maks Pioner” 2014-cü ildə Türkiyədə “vor” titulu alıb. Ona bu adın verilməsində həbsxanadan məşhur azərbaycanlı “vor zakon”, “Lotu Quli” kimi tanınan Nadir Səlifov da Skype vasitəsilə iştirak edib. Habelə “tacqoyma” mərasiminə “məsafədən” onun qardaşı Namiq də qatılıb. “Maks Pioner” ötən il 3 il yarım həbs cəzası almışdı. Kriminal aləmdə onun ölümünü 30 il əvvəl həbsxanada asılmış vəziyyətdə tapılan məşhur “vor” “Vasya Brillyant”ın ölümü ilə müqayisə edirlər.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın