Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Lombard sahibəsi küllü miqdarda qızılı mənimsədi – Bakıda şok dələduzluq hadisəsi

Lombard sahibəsi küllü miqdarda qızılı mənimsədi – Bakıda şok dələduzluq hadisəsi

Bakı şəhəri, Nərimanov rayonu Ağa Neymətulla küçəsi 51 ünvanında fəaliyyət göstərən Lombardın sahibi Sevinc Məmmədova vətəndaşlardan aldığı qızılı qaytarmır.

Avropa.info xəbər verir ki, bu haqda redaksiyamıza verdikləri qızılı Lombarddan ala bilməyən vətəndaşlar məlumat veriblər.

Onların sözlərinə görə hüquqi adı “Son Xəbər” MMC olan Lombardın sahibi Sevinc Məmmədova vətəndaşlardan aldığı qızıl məmulatlarını qaytarmaq istəmir və aylardır onları get-gələ salır.

Şikayətçi Teyyubov Kalam artıq iki aydır Sevinc Məmmədovanın ondan aldığı qızıl məmulatını qaytarmadığını deyir.

“Keçən ilin sentyabr ayının 2-də 28 qramlıq bir boyunbağını qoyaraq aylıq 8 %-dən 360 manat pul götürdüm. Hər bir ödənişini də eləmişəm bu günə qədər. Bu ilin may ayının 12-də ödənişimi qutardım və qızılı geri almaq istədim. O gündən bu günə məni süründürür. Gah deyir iki gündən sonra gəl, gah deyir gələn həftə gəl. Çox vaxt da zənglərimə cavab vermir.”

Şikayətçi Xəzər rayon sakini Gülnarə Hümbətova da eyni problemlə qarşılaşdığını və aprel ayından bu yana qızıllarını ala bilmədiyini bildirib.

“Mən 2015-ci ildə bir dəfə buradan 67 qram qızıl qoyaraq 1900 manat pul götürdüm. Sentyabr ayında həmin məbləği qaytardım. Sonra məni oktyabr ayına qədər get-gələ saldığı üçün məcbur oldum oktyabr ayında yenidən ondan pul götürdüm. Aprelin 19-dan bu günə kimi mənim qızılımı qaytarmır. Dəfələrlə 102-yə də şikayət etməyimə baxmayaraq bir ölçü götürən olmayıb.”

Lombard sahibəsi küllü miqdarda qızılı mənimsədi
Lombard sahibəsi küllü miqdarda qızılı mənimsədi
Lombard sahibəsi küllü miqdarda qızılı mənimsədi

Həmçinin oxuyun

Azərbaycanda çörəyin qiyməti artacaq? – VİDEO

Ölkəmizdə unun tərkibi dəyişdiriləcək. Buna səbəb dünyada anemiya xəstələrinin sayının xüsusilə qadınlar arasında 570 milyona …

Bir cavab yazın