Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Lifttəmir”də yoxlamalar davam etdirilir – İşçi qrupu yaradılıb

“Lifttəmir”də yoxlamalar davam etdirilir – İşçi qrupu yaradılıb

“Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir. Həmin qurumla bağlı istintaq hərəkətləri aparılır”.
Bunu Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
K.Əliyev qeyd edib ki, mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb, obyektiv istintaqın aparılması təmin ediləcək.
Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …