Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Leyla Yunusun adamı şəhid ailəsinin evini necə əlindən alır? -4500 manata 80 minlik ev

Leyla Yunusun adamı şəhid ailəsinin evini necə əlindən alır? -4500 manata 80 minlik ev

1998-ci ildə milliyətcə rus olan Jukova İrina Vladimirovnaya adlı Azərbaycan vətəndaşından  notarial qaydada ev alaraq onun tam mülkiyyətçisi olmuşam. 21 ildir ki, bu mənzildə yaşayıram. İndi bir qrup işbazlar tərəfindən evim 4500 manat müqabilində əlimdən alınır.

Milletinsesi.az-a bu haqda Xətai rayonu Cavanşir küçəsi 15″B” saylı evin 52 saylı mənzilində qeydiyyatda olan Məmmədova Xənifə Xalıqverdi qızı danışıb. Onun sözlərinə görə, ev aldıqdan üç il sonra, 2001-ci ildə Yukova Raisa Qriqoryevna adlı şəxs onun gəlini Jukova İrina Vladimirovnayanın evi ondan xəbərsiz satdığını bildirərək, Xətai rayon məhkəməsində iddia qaldırır. 2001-ci ildə Xətai Məhkəməsi iş nömrəsi 2-1352 olan qətnamə ilə Bakı şəhəri Cavanşir küçəsindəki  15″B” saylı 52-ci mənzilinin özəlləşməsi və həmin mənzil üçün Yukova İrina Vladimirovanın adına verilmiş 30/138820 saylı 28 mart 1998-ci il tarixli qeydiyyat vəsiqəsini etibarsız edir. Qətnamədə   Məmmədova Xənifənin  əri Verdiyev Firudun Mürsəl oğlunun xeyrinə iyirmi dörd milyon manat tutulması və bunun müqabilində evin boşaldılması öz əksini tapır. Bu qərardan sonra Verdiyev Firudun Mürsəl oğlu ürək infarktından dünyasını dəyişir.

Məmmədova bildirir ki, Xətai rayon məhkəməsinin bu qərarının  icra edilməsi haqqında 23 noyabr 2001-ci il tarixli icra vərəqisində göstərilənlərlə cavabdeh tərəf olaraq məcburən  razılaşsalar da iddiaçı tərəf göstərilən məbləği ödəməkdən yayınır və bir müddət yoxa çıxır.10 idən sonra, yəni evlərin qiyməti 10 dəfələrlə qalxmasını nəzərə almayan iddiaçı yenidən peyda olur və  eyni iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə o vaxt ödənilən 24 milyon manatı indeksləşdirərək alqı-satqıda göstərilən məbləği 4500 manat dəyərində qiymətləndirir. Həmçinin evin təmiri və cavabdeh tərəfə dəyən ziyan qarşılığında 73 min manat məbləğ də qərarda ödənilməsi şərt olaraq göstərilir. Ağlasığmaz kiçik  məbləği dərhal ödəməsinə hazır olmasını məhkəməyə bildirən evi satanın qaynanası Raisa evin dərhal boşaldılmasını tələb edir. 

Qəribəsi odur ki, məhkəmənin  qanuni qüvvəyə minmiş qərarında  ziyan kimi hesablanan böyük hissə-73 min manat təzminatın ödənilməsi hal-hazırda Rusiyada yaşayan, alqı-satqı müqaviləsində satıcı kimi göstərilən  Yukova İrinanın üstünə atılır. Kiçik məbləğ isə qaynana tərəfindən ödənilir.  

Evi təhlükədə olan müshibimizin sözlərinə görə, məhkəmə icraçıları bir-iki dəfə həmin evin qapısını qıraraq evə daxil olublar. Evdə yeni dünyaya gəlmiş körpə olduğu üçün icra prosesini bir az yubadılıb.

“Mən evi aldığım zaman yalnız müqavilədə göstərilən  məbləğ geri qaytarılsaydı, yenə gedib Hövsanda bir otaqlı mənzil ala bilərdim” deyən Məmmədova  indi nə təmirə xərclədiyim məbləği, nə də ona  dəyən ziyanı ödənilmədən evinin boşaldılmasına məcbur edilir.. Halbuki  məhkəmənin bu haqda qanuni qüvvəyə minmiş qətnaməsi var.

O bildirir ki, “Niyə məhkəmə icraçıları qətnamənin yalnız iddiaçının istədiyi hissəsini həyata keçirirlər.Halbuki qərarda bizə dəyən ziyan kimi göstərilə 73 min manatın da eyni vaxtda ödənilmısi tələb olunur. Lakin məhkəmə icarçıları yalnız Raisanın istədiyi bənddə göstərilənlərini icra edirlər. Biz insan deyilik? Bizə dəyən ziyanı kim ödəməlidir? Raisanı əvvəldən axıra kimi ermənipərəst Leyla Yunus və onun yaxını Eldar adlı şəxs müdafiə edib. Bütün proseslərdə Eldar şəxsən iştirak edib.İcra prosesi sabah zorla həyata keçiriləcək. Mən hara və kimə dərdimi deyim”?

Milletinsesi.az daha ətraflı məlumat üçün Məmmədova Xənifə Xalıqverdi qızın videosunu təqdim edir:

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …