Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Leyla Şıxlinskayanın iddiası ləğv olundu

Leyla Şıxlinskayanın iddiası ləğv olundu

“Leyla Şıxlinskaya” klinikasının rəhbəri, xalq artisti Leyla Şıxlinskaya ilə iş adamı Coşqun Mirzəyev arasındakı 100 min dollarlıq məhkəmə çəkişməsi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, L.Şıxlinskaya Xətai rayon məhkəməsinə müraciət edərək C.Mirzəyevdən 100 min dollar tələb edib. Bundan sonra iş adamı da qarşılıqlı iddia irəli sürərək klinika rəhbərindən maddi və mənəvi ziyanın ödənilməsini istəyib.

L.Şıxlinskaya “Qafqazinfo”ya açıqlamasında mübahisə mövzusu olan 100 min manatlıq məsələnin mahiyyətini açıqlayıb. O bildirib ki, ötən il özünə məxsus olan obyekti C.Mirzəyevə və Anar adlı şəxsə icarəyə verib: “May, iyun, iyul və avqustun yarısı obyekti işlədiblər. Həmin müddətdə məni soyublar, işçilərə əmək haqqı verməyiblər, kommunal xidmətlərin ödənişini etməyiblər”.

Bu il fevralın 20-də rayon məhkəməsi iş üzrə qətnamə qəbul edib və hər iki tərəfin iddiası rədd edilib. Bundan sonra C.Mirzəyev apellyasiya şikayəti verib. Aprelin 12-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygün Abdullayevanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən apellyasiya şikayətindən imtina edilib, apellyasiya icraatına xitam verilib.

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın