Ana səhifə / Araşdırma / “Lexus”da öldürülən iki qardaşın anası intihar anonsu verdi

“Lexus”da öldürülən iki qardaşın anası intihar anonsu verdi

Fasilədən sonra hazırlıq iclası davam etdirildi. Məhkəmə təqsirləndirilən şəxsin vəkilinin vəsatəti təmin etmədi. Məhkəmə baxışı oktyabrın 19-a təyin olundu.

Qətlə yetirilən Rəhimov qardaşlarının anası Niyar Rəhimova virtualaz.org saytına açıqlamasında övladının qatilinə layiqli cəza verilməyəcəyi təqdirdə məhkəmə binası qarşısında özünü yandıracağını dedi: “Bir ildir matəm içindəyik. İki balamı öldürüb, ocağımı söndürüblər. Əgər balalarımı qətlə yetirən bu şəxs Eldar adlı polis əməkdaşına qarşı cinayət törədəndə vaxtında cəzalandırılsaydı, bu gün mənim övladlarım növbəti qurban olmazdılar”.

N.Rəhimova baş prokurora və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə də müraciət ünvanladı: “Bir ana kimi xahiş edirəm, bu işə ədalətlə baxsınlar. Əgər oğlanlarımın qatillərinə ömürlük cəza verilməsə, Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında benzin töküb özümü yandıracağam”.

*   *   *13:31

Bu gün Bakı Aqır Cinayətlər Məhkəməsində Cahid və Cavid Rəhimov qardaşlarını qətlə yetirməkdə ittiham olunan 1988-ci il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Mayıl Bayramov sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili Mehman Əliyev vəsatət qaldıraraq bildirdi ki, müdafiə etdiyi şəxs talassemiya xəstəsidir. Z.Tərlanovun səhhətində problem olduquna görə o, məhkəmə prosesinə xüsisi maşınla gətirilməlidir.

Digər vəsatət məhkəmə prosesinə gələn şəxslərin xüsusi cihazla yoxlanılması ilə bağlı oldu. Vəkil bunu təqsirləndirilən şəxsə qarşı sui-qəsd ehtimalının olması ilə əlaqələndirdi. Vəsatət qismən təmin olundu.

Vəkiln 3-cü vəsatəti cinayət işinə xitam verilməsi və işin ibtidai istintaqa qaytarılması ilə bağlı oldu. Məhkəmə iclası bu gün saat 14:00-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il yanvarın 8-də baş vermişdi. Zaur Tərlanov Qaradağ rayonu, Sahil qəsəbəsində 1985-ci il təvəllüdlü Cahid və 1980-cı il təvəllüdlü Cavid Rəhimovları sonunculara məxsus “Lexus” avtomobilində odlu silahla qətlə yetirmişdi.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb, hadisə yerindən qaçıb.

Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.

Qaradağ Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

Z.Tərlanov bank işçisi olub. Qətlə yetirilən qardaşlar isə Dərin Özüllər Zavodunda işləyiblər.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın