Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Leş əti insan orqanizmində hansı fəsadlara yol açır?

Leş əti insan orqanizmində hansı fəsadlara yol açır?

“İnsanın gözünün önündə kəsilən heyvan belə xəstə ola bilər”

Ölkədə leş əti mafiyasının “fəaliyyəti” hər kəsə məlumdur. İllərdir bu istiqamətdə mübarizə aparılsa da mafiyanın kökünü  kəsmək mümkün olmur. Vaxtaşırı  mətbuatda tonlarla mənşəyi məlum olmayan yararsız ətlərin satış üçün hansısa istiqamətdə aparılarkən saxlanıldığı haqda informasiyalar oxuyuruq. Mənşəyi məlum olmayan heyvan ətlərinin və leş ətlərinin bir hissəsi hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb məhv edilsə də, aşkar edilməyən daha böyük hissəsi gizli yollarla  bazarlara çıxarılır.

O ətlər də bizim qarşımıza dönər, kabab, kolbasa, sosiska olaraq kafe və restoranlarda, bazar-dükanlarda çıxır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu ətlər körpələr evinə qədər gedib çıxa bilir. Bəs görəsən, hər birimizi gözləyən bu acınacaqlı durum insan səhhəti üçün nə dərəcədə təhlükəlidir? Leş əti və ya mənşəyi məlum olmayan heyvan ətləri yeyilərsə, orqanizmdə hansı fəsadlara səbəb ola bilər?

“Yeni Müsavat”ın bu sualını cavablandıran tibb elmləri doktoru Adil Qeybulla dedi ki, ilk növbədə qidanın tərkibində zooloji infeksiyaların olmamasına diqqət edilməlidir: “İnsanların qida rasionunun müəyyən tərkibi var.  Bizim öyrəşdiyimiz qidalar var ki, onlar bizim qida rasionumuza daxildir. Məsələn, hər bir ət növü Azərbaycan əhalisi tərəfindən qəbul olunmur. Ayrı-ayrı ölkələrdə müxtəlif heyvanların ətlərindən istifadə olunur. Ancaq ilk məsələ qidanın təhlükəsizliyidir. Yəni zooloji infeksiyaların insan orqanizminə keçməsinin qarşısını almaq üçün hər bir kəsilmiş ət istehlakdan öncə baytarlıq nəzarətindən keçməlidir. Zooloji infeksiyalar -toksoplazmoz, difteriya, brusellyoz və digər bu kimi infeksiyaların insana keçməməsi üçün ətlər öncədən yoxlanmalıdır. Ancaq təəssüf ki, Azərbaycan praktikasında heç də həmişə belə olmur. Xəstə heyvanların da satışa buraxılması, baytarlıq nəzarətindən kənar olması, müxtəlif məqsədlər üçün Azərbaycan əhalisi tərəfindən qəbul olunmayan ət növlərinin bazara  çıxarılması  halları var”.

Adil Qeybulla ile ilgili görsel sonucu

A.Qeybulla onu da qeyd etdi ki, bəzən baytarlıq nəzarətinin özü də formal xarakter daşıyır: “Ətin üzərinə möhür vurulur, ancaq reallıqda hər hansı yoxlama həyata keçirilmir. Bütün bunlar hamısı onu göstərir ki, ölkənin ərzaq təhlükəsizliyi sistemində boşluq mövcuddur. Əslində ölkənin ərzaq təhlükəsizliyi konsepsiyası olmalıdır, bub milli təhlükəsizlik konsepsiyasının bir tərkib  hissəsi olmalıdır. Bildiyiniz kimi, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayıb. Düşünürəm ki, bu agentlik  problemin həlli üçün konkret tədbirlər planı işləyib hazırlayacaq. Ancaq hələlik bu agentlik formalaşana qədər qanunda olan boşluqlardan sui-istifadə halları da yetərincədir”.

Ekspertin sözlərinə görə, əhalinin aldığı ətin keyfiyyətini yoxlamaq imkanı yoxdur: “Ət alarkən insanın gözünün önündə kəsilən heyvan belə xəstə ola bilər. Onu yoxlamırıq və ətdə hansı infeksiyalar olduğunu bilmirik. Difteriya və brusellyoz kimi infeksiyalar daşıyan heyvanlar var ki, baxarkən xəstə olduğu bilinmir. Bu mənada əhalinin əti yoxlamaq imkanı yoxdur. Ancaq baytarlar bunu yoxlamalıdırlar. Əhali mümkün qədər ətin  rənginə, iyinə diqqət etməlidir. Təzə ətdən istifadə olunmalıdır. Qalan məsələlər isə müvafiq qurumların işidir və məsuliyyət də onların üzərindədir”.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …