Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Lerikdə sürücüyə hücum edərək, paltarlarını soyundurublar

Lerikdə sürücüyə hücum edərək, paltarlarını soyundurublar

Lerik rayonunda quldurluq hadisəsi baş verib. Hadisə rayon ərazisindəki “Relax” istirahət mərkəzinin yaxınlığında baş verib.

Belə ki, 4 nəfər naməlum şəxs Lənkəran-Lerik magistralında hərəkət edən avtomobili saxlatdıraraq sürücüyə yaxınlaşaraq sürücüdən onları həmin istirahət mərkəzinə aparmalarını xahiş ediblər. Ancaq onlar mərkəzə çatmağa az qalmış sürücünü ölümlə hədələyərək avtomobili saxlamağı tələb ediblər və daha sonra onun paltarlarını soyundurmağa başlayıblar. Naməlum şəxslər sürücünü qətlə yetirməyə nail ola bilməyiblər. Çünki sürücü cəld tərpənərək həmin şəxslərdən birinə xəsarət yetirib və meşə ərazisinə qaçmağa müvəffəq olub. Əslində naməlum şəxslərin məqsədlərinin avtomobili ələ keçirmək olduğu məlum olub.

Bundan sonra hadisə barəsində Daxili İşlər Nazirliyinin (DİN) “102 xidməti”nə məlumat verilib. Həmin şəxslər kimliyi müəyyənləşdirilərək polis tərəfindən saxlanılıblar.

Lerik Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. (“Report”)

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın