Şənbə , İyul 11 2020
Ana səhifə / Araşdırma / Lerik polisi post-patrul xidmətinin rəisi Lənkəranda qəzaya düşdü

Lerik polisi post-patrul xidmətinin rəisi Lənkəranda qəzaya düşdü

Ötən gün axşam saatlarında Lənkəran-Lerik yolunun Qurunba kəndi ərazisində yol qəzası baş verib.

“Report” xəbər verir ki, Lənkəranda baş verən yol qəzasında Lerik Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinə aid iki avtomaşın toqquşub.

Əks istiqamətlərdə hərəkətdə olan “Hundai” və “Fiat” markalı avtomobillərin toqquşması zamanı ciddi xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Polis əməkdaşı olan Lerik rayonu Günəşli kənd sakini Samir Hüseynovun idarə etdiyi avtomaşında qəza zamanı Post Patrul Xidmətinin rəisi, Lənkəran sakini Rusif Canməmmədov da olub.

Həmçinin oxuyun

Saleh Məmmədovun villasının görüntüləri yayıldı – İndi də orda olduğu deyilir…

Sosial şəbəkələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun Nabranda 4 mərtəbəli …

Bir cavab yazın