Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Lerikə istirahətə getdi, şəlalədən yıxıldı

Lerikə istirahətə getdi, şəlalədən yıxıldı

Lerikdə 60 metr yüksəklikdən qayalıqların arasına düşən şəxs xilas edilib.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, Lerikə istirahətə gedən Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Emin Nürəddin oğlu Vamazqon kəndində hündürlüyü 60 metr olan şəlalənin üstündən yıxılıb.

Qayalıqların arasına yıxılan E. Əliyevi xilas etmək üçün Masallı rayon Yanğından Mühafizə Hissəsinin qəza xilas etmə qrupu  hadisə yerinə çağırılıb. Görülən tədbirlərlə  o, düşdüyü yerdən çıxarılaraq, Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıb. E. Əliyevin ayağının sındığı bildirilir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın