Bazar , Yanvar 24 2021
Ana səhifə / Araşdırma / Leninqradda güllələnən azərbaycanlı Lənkərandandır

Leninqradda güllələnən azərbaycanlı Lənkərandandır

Rusiyanın Leninqrad vilayətinin Tosnenski rayonunun Yam-İjora qəsəbəsində güllələnən azərbaycanlı Lənkəran rayonunun Cil kəndindəndir.

APA-nın cənub bürosu xəbər verir ki, fevralın 3-də Leninqradski küçəsi, 10 ünvanında yerləşən “Arqo” kafesinin yanında saxladığı “Mercedes-Benz” markalı avtomobilində qətlə yetirilən 42 yaşlı Elçin Heydərovun əvvəllər məhkum edildiyi də məlum olub.

“Chevrolet Lacetti” markalı avtomobildə qeyd olunan ünvana gələn şəxslər “Mercedes-Benz”ə atəş açmağa başlayıblar. Daha sonra isə onlar hadisə yerindən uzaqlaşıblar. 6 güllə yarası alan Elçin Heydərov yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Hadisənin motivlərinin müəyyənləşdirilməsi və qətli törətmiş şəxslərin yaxalanması istiqamətində zəruri istintaq tədbirləri görülür.

Qeyd edək ki, Elçin iki qardaşı Yalçın və Rafiq Heydərovlarla birlikdə bir sıra cinayət əməli törətməkdə təqsirli bilinərək 2011-ci ildə həbs olunub. O, məhkumluq həyatını başa vurduqdan sonra yaşadığı Nikolsk şəhərində biznes fəaliyyəti ilə məşğul olurmuş.

Həmçinin oxuyun

Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı

Salyan Suvarma Sistemləri İdarəsi bir gündə 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min …

Bir cavab yazın