Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Lapşinin həbs müddəti uzadıldı

Lapşinin həbs müddəti uzadıldı

Bu gün Nəsimi Rayon Məhkəməsində bloger Aleksandr Lapşinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanlarının verdiyi təqdimata baxılıb.

Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, məhkəmə təqdimatı təmin edib, A.Lapşinin barəsində seçilmiş həbs-qətimkan tədbiri üç ay müddətinə artırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.(“Report”)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın