Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Araşdırma / Laləzar Məmmədlinin 1 oğlu tapıldı, digərindən xəbər yoxdur

Laləzar Məmmədlinin 1 oğlu tapıldı, digərindən xəbər yoxdur

Müsavatçı xanımın oğlu itkin düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, partiya üzvü Laləzar Məmmədlinin oğlu İlham dünən Bakıda dostları ilə dənizə gedib. 

Dənizdə çimərkən həmin gənc dostu ilə çıxılmaz vəziyyətə düşüb. Dost çətinliklə də olsa dənizdən çıxa bilib və hazırda xəstəxanadadır. Təxminən 30 yaşlarında olan İlhamdan isə hələ də xəbər yoxdur. 

***

“Müsavat”çı Mustafa Hacıbəylinin sosial şəbəkədə yaydığı məlumata görə, dənizdə çıxılmaz vəziyyətə düşən gənclər iki qardaş olubar: 

“Bağdan dənizə gediblər, hər ikisi boğulub. Bir qardaşı çıxarıblar, indi xəstəxanadadır. Böyük qardaş İlhamı isə tapmaq mümkün olmayıb. Dalğıclara müraciət edilib. Amma hava küləkli olduğu üçun hələ axtarışa başlamayıblar”.

Mayda 32 yaşı tamam olmuş İlham evlidir, 2 uşağı var. 

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …