Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Lənkəranskinin himayəciliyi ilə Uralda fəaliyyət göstərən dəstə belə tutuldu – VİDEO

Lənkəranskinin himayəciliyi ilə Uralda fəaliyyət göstərən dəstə belə tutuldu – VİDEO

Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti “qanuni oğru” Rövşən Lənkəranskinin himayəciliyi ilə Uralda fəaliyyət göstərən cinayətkar qruplaşmanın saxlanılmasını əks etdirən video yayıb.

Mütəşəkkil cinayətkar qruplaşma iş adamlarından külli miqdarda pul və əmlak ələ keçirməklə məşğul olub.

“Qanuni oğru”nun adamları yığıncaq üçün Nijni Tagilə toplaşıblar. Polis bu görüşdən xəbərdar olub və qəfildən basqın edilib. Əməliyyat zamanı yığıncağa toplaşanlar müqavimət göstəriblər. Etnik cinayətkar qruplaşmanın üzvləri bunlardır: Xıdır Q. 1970-cı il təvəllüdlü, İlkin A. 1995-ci il təvəllüdlü, Orxan M. 1992-ci il təvəlüdlü, Asim A. 1994-cü il təvəllüdlü, Telman B. 1987-ci il təvəllüdlü. Bunların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Darmadağın edilən cinayətkar dəstənin fəaliyyətindən yerli sakinlərin çoxu məlumatlı olsalar da, qorxularından səslərini çıxara bilməyiblər. Mülkləri və pulları əllərindən alınan biznesmenlər isə məhv ediləcəklərindən çəkindiklərindən hüquq-mühafizə orqanlarına müraciət etməyiblər.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın