Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Lənkəranski”ni öldürmək planı – Qisas

“Lənkəranski”ni öldürmək planı – Qisas

Azinforum.az musavat.com-a istinadən xəbər verir ki, Rusiyada “qanuni oğru”lar növbəti irimiqyaslı “sxodka”ya hazırlaşdığı bir vaxtda Rövşən Canıyev (“Lənkəranski”) və “Ded Xasan” qruplaşması arasında gərginlik daha da artıb. Məlumdur ki, 2013-cü ilin yanvar ayının 16-da öldürülən Aslan Usoyanın (“Ded Xasan”) tərəfdarları bu qətldə “Lənkəranski”ni günahlandırsalar da, ötən müddətdə bunu sübut edəcək dəlillər ortaya qoymayıblar.

“Lənkəranski”nin yaxın adamı, kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan azərbaycanlı kriminal avtoritet Ülfət Tağıyevin “Ded Xasan”ın qətlində iştirakı sübut edilməsə də, Moskva məhkəməsi onu ötən ay 8 il müddətinə azadlıqdan məhrum edib.
İspaniya həbsxanasından çıxan Zaxari Kalaşovun (“Şakro Molodoy”) Moskvaya qayıtmasından sonra “Ded Xasan” klanı “ləngimiş intiqam” mövzusunu yenidən gündəmə gətirib.

“Şakro” da “Ded Xasan” klanının əsas lideri kimi bu cinayətin açılmasına ciddi maraq göstərir, amma onun da hələ ki “Lənkəranski”ni suçlamaq üçün ciddi dəlilləri yoxdur. Əksinə, o, bitərəfliliyini saxlamaq üçün “Lənkəranski”ni suçlamır və belə görünür ki, hər şeyi Moskvada gözlənilən “sxodka” həll edəcək. Ancaq maraqlıdır ki, məhz bu ərəfədə İnterpol xətti ilə axtarışda olan “Lənkəranski” xeyli fəallaşıb.
Bir neçə gün əvvəl Türkiyədə “qanuni oğru”ların irimiqyaslı “sxodka”sını keçirən “Lənkəranski” “Ded Xasan” qruplaşmasına yaxın olan 4 belaruslu “qanuni oğru”nun – “Mumu” ləqəbli Oleq Gerasimovun, “Paştet” kimi tanınan Pavel Alikseyeviçin, “Medvejonok” ləqəbli Aleksandr Medvedevin və “Lebed” kimi məşhurlaşan Ruslan Lebedin adını əlindən alıb.
Bundan sonra “Lənkəranski” tərəfdarları İstanbulda “Ded Xasan”ın ardıcıllarından olan meqrel “qanuni oğru” Roland Qeqeçkorini sərt cəzalandırıb. Xəbərlərə görə, Rolandın olduğu hotelə hücum etmiş dəstəyə gürcü “qanuni oğru” Georgi Uqlava (“Taxi”) rəhbərlik edib. “Lənkəranski” hotelə “Ded Xasan” tərəfdarı olan və yenicə taclandırılmış meqrel “qanuni oğru”ları cəzalandırmaq üçün gedib. Amma hoteldə onun əlinə yalnız iki nəfər keçib. Ələ keçənlərdən Paat Malenkiy tam “Ded Xasan” tərəfdarı sayılmadığına görə ona toxunmayıblar. Amma hadisə zamanı Roland bərk döyülüb. Bundan sonra “Ded Xasan” tərəfdarları 34 nəfərin imzası ilə Rolandı müdafiə etmək üçün məktub imzalayıblar. Onlar “Şakro”nun verəcəyi qərarı gözləyirlər.

Son vaxtlar “Lənkəranski”nin adı “Taxi” və “Kaxa Qalski” ləqəbi ilə tanınan Kaxaber Parpaliya ilə birgə çox çəkilir ki, bu barədə yazının sonunda məlumat verəcəyik.

Fevralın 3-də Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları 53 yaşlı “Taxi” və 39 yaşlı “Kaxa”nı həbs etmişdilər. Axtarış zamanı “Taxi”nin üzərindən başqa şəxsin adına olan pasport tapılıb. Bundan əlavə avtoritetlərdən birinin mühafizəçisində qanunsuz silah aşkarlanaraq götürülüb. “Kaxa” milis nəzarətindən çıxan kimi “Taxi”nin da azadlığı üçün çalışıb. Məlumatlara görə, “Taxi” Baykalətafı ərazilərdə kriminala nəzarət edir və bu səbəbdən onun azadlığı üçün pul toplamaq o qədərdə çətin olmayıb.

Bu ilin yanvarında İrəvanda baş tutmayan “sxodka”da “Taxi” və “Kaxa” iştirakçı olmuşdular. Onlar İrəvana uçsalar da, “sxodka” təxirə salındığı üçün geri qayıdıblar. Ötən ilin sentyabrında “Kaxa”ya Odessada sui-qəsd edilmişdi. Moldova vətəndaşları olan killerlər “qanuni oğru”nun maşınını atəşə tutmuşdular. Nəticədə onun yanında olan 17 yaşlı model Liza Melniçuk həlak olub. “Qanuni oğru” özü isə maşından düşərək gizlənə bilib. Sonra məlum olmuşdu ki, killerlər dəstəsi “Kaxa” ilə bərabər “Lənkəranski” və “Taxa”nı da öldürmək tapşırığı alıblarmış. Ancaq killerlər otelə gəlməzdən əvvəl Rövşən “Lənkəranski” və “Taxi” Odessanı tərk edib. Buna görə də killerlərin gülləsinə ancaq həmin vaxt oteldə olan “Kaxa” tuş gəlib.

Məlumata görə, “üçlüyü” çeçen “qanuni oğru” Adlanın qətlində əli olduğu üçün öldürmək istəyiblər. Adlanın düşmənçiliyinin səbəbinə gəlincə, qarşıdurma 2006-cı ildə Moskvadakı “Qenaçvale” restoranından başlayıb. Belə ki, “qanuni oğru” Tamaz Pipiliyaya məxsus restoranda “Kaxa” və “Taxi” dava salıblar. Onlar iş vaxtının bitməsinə baxmayaraq musiqiçilərə mahnı sifariş ediblər.

“Yox” cavabı aldıqda isə onlar həm musiqiçiləri, həm də restoranın administratorunu döyüblər. Tamaza zəng etdikdə o da kürəkəni olan çeçen “qanuni oğru” Adlanı da restorana çağırıb. Burada onların sözləri çəpləşib və Adlan hər iki “qanuni oğru”nu xəstəxanalıq edib. Bu hadisədən bir neçə ay sonra Adlanın “Mercedes”inin qabağını kəsən naməlum adamlar onun beysbol bitası ilə ölənədək döyüblər. Qatili axtaranlar hətta “Kaxa” və “Taxi” ilə görüşüblər. Onlar isə bu işdə əlləri olmadığını deyiblər. Amma çeçen “qanuni oğru”nun yaxınları buna inanmayıblar. Onların versiyasına görə, restoranda möhkəm döyülən “Kaxa” və “Taxi” kömək üçün “Lənkəranski”yə müraciət ediblər. Bu hadisədən illər keçməsinə baxmayaraq çeçen “qanuni oğru”ya yaxın olanlar “üçlüyü” qan düşməni elan ediblər. Bu hökm indi də qüvvədə qalır…

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın