Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Lənkəranskinin əzəli düşməninə qarşı xüsusi əməliyyat – Nazir təsdilədi

Lənkəranskinin əzəli düşməninə qarşı xüsusi əməliyyat – Nazir təsdilədi

Rusiya kriminal aləminin “xaç atası” olmuş Ded Xasanın klanında xüsusi nüfuzu olan və azərbaycanlı “oğru” Rövşən Lənkəranskinin əzəli düşməni, adı onun qətlində də  hallandırılan Qela Kardava saxlanılıb.
Cebhe.info xəbər verir ki, Ukrayna polisinin keçirdiyi əməliyyat nəticəsində “oğru”nun saxlanması barədə xəbəri bu ölkənin daxili işlər naziri Arsen Avakov da təsdiqləyib.
Nazir bildirib ki, bir neçə ağır maddə ilə ittiham edilən Kardavanı saxlanması üçün Kiyevdə xüsusi əməliyyat keçirilib. Xüsusi təyinatlıların da iştirak etdiyi əməliyyat nəticəsində Kardava saxlanılıb və onun üstündə Ukrayna vətəndaşı Oleq Qolombanın adına saxta pasport aşkarlanıb.
Hazırda polis “qanuni oğru”nun Ukraynada törədilən cinayətlərdə iştirakını araşdırır.
Xatırladaq ki, Rusiya kriminal aləminə Ded Xasandan sonra rəhbərlik edəcək şəxslər arasında Kardavanın da adı çəkilib. Xüsusilə Şakro Molodoy həbs edildikdən və Lənkəranski öldürüldükdən sonra onun namizədliyinə bir çox çevrələr təsdiqlənmiş məsələ kimi yanaşıb.
Kardava Rusiyadan deportasiya edilib və 2018-ci ilə qədər bu ölkəyə girişi qadağandır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın