Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Lənkəranski məşhur avtoriteti həbsdən çıxarır

Lənkəranski məşhur avtoriteti həbsdən çıxarır

Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski ən yaxın adamı Badri Koquaşvilini həbsdən azad etdirir.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu işdə Lənkəranski kriminal aləmin ən nüfuzlularından olan Zaxari Kalaşov və Merab Canqveladze ilə əlbir olub. Lənkəranskinin Koquaşvilini təcili olaraq azad edə bilmək üçün heç bir vəsaitə xəsislik etmədiyi bildirilir.

7 illik həbs cəzasının yarısını çəkən Badrinin yaxın günlərdə xəstəliyinə görə azad edilə biləcəyi ehtimal edilir.

Lakin Koquaşvilinin azad edilməsinə süni maneələr yaradılır. Belə ki, onun azad edilməsini istəməyən administrasiya tərəfindən quraşdırılan son olay avtoritetin öz kamera yoldaşını döyməsi ilə nəticələnib.

Belə ki, Badri üçün azadlığın bir addımlığı hesab edilən Krasnoyarsk xəstəxanasında onun palatasına həbsxanada xüsusi adla tanınan və daha çox homoseksual məqsədlər üçün istifadə edilən məhbus salınır. Onunla eyni palatada qalmaq istəməyən avtoritetlə aralarında yaranan qarşıdurma nəticəsində Badri məhbusu döyür. Baş verənlərin nəzarət kamerasında qeydə alınması ilə azadlığın astanasında olan avtoritet haqqında yeni cinayət işi açılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın