Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Araşdırma / Lənkəranda biri qadın olmaqla 3 “jurnalist” tutuldu

Lənkəranda biri qadın olmaqla 3 “jurnalist” tutuldu

Lənkəranda biri qadın olmaqla 3 jurnalist dələduzluq faktlarına görə tutulub. Bu barədə APA TV-nin cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis kapitanı Toğrul Hüseynov məlumat verib.

Onun sözlərinə görə, rayonun Parakənd qəsəbə sakini Şahvələd Məmmədov, Kərgəlan kənd sakini Arzu Abdullayeva, Şağlakücə kənd sakini Hökümə Rəhimova və digərləri polis şöbəsinə ərizə ilə müraciət edərək tanımadıqları biri qadın olmaqla 3 nəfərin “AZSAMAND” markalı minik avtomobili ilə onların yaşadıqları ünvana gəldiyini, özlərini Bakı şəhərindən gəlmiş polis əməkdaşları kimi təqdim edib baxıcılıq fəaliyyəti ilə məşğul olduqları üçün onlarla getməli olacaqlarını bildiriblər. Getmək istəmədikləri halda isə işlərinin qaydasına qoyulması üçün onların müxtəlif məbləğdə pulunu və qızıl-zinət əşyalarını ələ keçirərək aradan çıxıblar: “Şirvan şəhər sakini, 1978-ci il təvəllüdlü Fariz Fazil oğlu Yəhyayev üstündə olan vəsiqələrlə özünü “Xəbərfakt” İnformasiya Portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin baş redaktoru, Kəlbəcər şəhərində qeydiyyatda olan, hazırda Xırdalan şəhərində müvəqqəti məskunlaşmış 1975-ci il təvəllüdlü İpək Yunus qızı Məmmədova özünü “Xəbərfakt” İnformasiya Portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin redaktoru İpək Kəlbəcərli (İpək Məmmədova) və Hacıqabul şəhər sakini, 1993-cü il təvəllüdlü İlkin Habil oğlu Məmmədov “Xəbərfakt” İnformasiya Portalının xüsusi müxbiri kimi təqdim edərək, Lənkəranın müxtəlif yaşayış məntəqələrini gəzib baxıcılıqla məşğul olan şəxslər barədə sakinlərdən məlumatlar topladıqdan sonra həmin fəaliyyətlə məşğul olanların evlərinə gedərək, onları ifşa edəcəkləri ilə hədələməklə ələ keçirdikləri müxtəlif məbləğlərdə pul və qızılı götürüb aradan çıxıblar. Fariz Yəhyayev, İpək Məmmədova və İlkin Məmmədov polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar”.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın