Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Araşdırma / Lənkəran xanının nəvəsi Kərəm Həsənovdan İngiltərə kraliçasına şikayət edəcək: “Bir evim var, o da sənədsiz”

Lənkəran xanının nəvəsi Kərəm Həsənovdan İngiltərə kraliçasına şikayət edəcək: “Bir evim var, o da sənədsiz”

Azərbaycanın vaxtilə ən qüdrətli ailələrindən Talışxanlı nəslinin nümayəndəsi Əlövsət Talışxanlının bir evi var, o da sənədsiz.

Bunu Ovqat.com-a Əlövsət bəyin özü bildirib.

Onun bildirdiyinə görə, hüquqları addımbaaddım pozulur. Artıq şikayət edəcəyi, üz tutacağı ünvan belə qalmayıb. Əlövsət Talışxanlı artıq çarəni zadəgan nəslinin nümayəndəsi kimi İngiltərə kraliçası II Yelizavetaya müraciət etməkdə görür.

Talışxanlının əsas şikayəti isə mülkiyyət hüququnun pozulmasındandır. Bir zamanlar Azərbaycanın cənub regionlarının tam sahibi Mir Mustafa xanın 6-cı nəslinin nümayəndəsi olan Əlövsət bəy indi Bakıda öz əliylə inşa etdiyi kiçik bir mənzilə sığışıb. Di gəl ki, onun da rəsmi sahibi deyil: “Prezidentin sərəncamına uygun olaraq, heç bir dövlət əhəmiyyəti daşımayan yerdə ev tiksəm də, həmin evə sənəd ala bilmirəm. Ölkə rəhbərinin 5 il əvvəl verdiyi qərar nəzəri olaraq məsələnin həllinə yönəlsə də, Kərəm Həsənovun BTİ idarəsi buna süni əngəllər törədir. 62 yasli Ə. Talışxanlının bir evi var, o da sənədsiz”…

Lənkəran xanının nəvəsi Kərəm Həsənovdan İngiltərə kraliçasına şikayət edəcək: “Bir evim var, o da sənədsiz”

Qeyd edək ki, Ə. Talışxanlı Azərbaycan tarixinin 18-ci -19-cu əsrlərinə damğa damğa vuran Lənkəran xanının soyundan gəlir. Ulu babası Mir Mustafa xan 18-ci əsrin sonlarında müstəqillik siyasəti yürüdərək, İrandan ayrılmaq xətti tutmuş və Rusiya ilə yaxın münasibətlər qurmuşdu. Bu mövqeyinə görə o, 1796-cı il mart ayının 12-də II Yekaterina tərəfindən general-mayor rütbəsinə layiq görülmüşdür.

Rusiyanın himayəsi altına girmək siyasəti Qacar hakimiyyəti ilə Talış xanını dəfələrlə üz-üzə gətirmiş və bütün döyüşlərdən uğurla çıxan Mir Mustafa xan göstərdiyi şücaətinə görə 1913-cü ildə I Aleksandr tərəfindən general-leytenant hərbi rütbəsiylə təltif olunmuşdur. II Nikolayın fərmanıyla isə zadəganlıq titulu almışdır.

Çar Rusiyası dövründə Azərbaycanın ilk generalı olan Mir Mustafa Talışlının nəslindən 4 nəfər bu yüksək hərbi ünvana layiq görülüb.

Talışxanlılar nəsli hərbi bacarıqlarıyla yanaşı, intellektual potensialları ilə də önə çıxıblar. Bu nəslin nümayəndələri arasında çoxsaylı ixtiraçı alimlər yetişib. Onlardan biri də Əlövsət bəyin qardaşı İsmayıl Babayevdir. İsmayıl Babayev öz ixtiirasına görə SSRİ Nazirlər Kabineti tərəfindən mükafatlandırılıb.

Lənkəran xanının nəvəsi Kərəm Həsənovdan İngiltərə kraliçasına şikayət edəcək: “Bir evim var, o da sənədsiz”
Öz təbiriylə desək, müasir Azərbaycan tarixində müstəsna yeri olan bu nəslin 62 yaşlı nümayəndəsi alın təriylə ərsəyə gətirdiyi evini sənədləşdirə bilməməsinin səbəbini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun dövlət maraqlarından çox, cibini düşünməsiylə izah edir: “Bakıda bir milyondan çox sənədsiz ev var. Təsəvvür edin, hər ev ildə 50 və ya 100 manat torpaq haqqı ödəsə, görün, dövlət büdcəsinə nə qədər vəsait daxil olar. Bütün bu qanunsuzluqlar isə rüşvətə xidmət edir”.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …