Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Kürdəmirdəki zorlama olayını məktəbli törətməyib – rəsmi açıqlama

Kürdəmirdəki zorlama olayını məktəbli törətməyib – rəsmi açıqlama

“Kürdəmirdəki zorlama olayını məktəbli törətməyib”.

Bu barədə rayon təhsil şöbəsinin müdir əvəzi İsmayıl Mehdiyev “Yeni Müsavat”a açıqlamasında bildirib.

Onun sözlərinə görə olayda adı keçən Məmmədov Bəhram Yengibar oğlu hazırda məktəbli deyil:

“Qeyd olunan hadisə iyul ayının 5-6-da baş verib. Həmin vaxt B.Məmmədov artıq Afiq Məmmədov adına tam orta məktəbi bitirmişdi. Məktəbdə dövlət imtahanları iyun ayının 30-da olub. B.Məmmədov da imtahanlardan keçib, məktəbdən məzun olmuşdu. Ona qədər hadisə haqqında heç bir məlumat olmayıb. Hadisə o məzun olduqdan sonra baş verib”.

İsmayıl Mehdiyev zorlanan məktəblini 9-cu sinif şagirdi olduğunu bildirib:

“Nazirliyin zorlanma hadisəsi ilə bağlı məlumatı var. Ümumiyyətlə məktəblərdə hansısa fövqəladə hal baş verirsə, dərhal nazirlik məlumatlandırılır. Zorlandığı deyilən uşaq isə bu il 9-cu sinifi bitirib, 10-cu sinifə keçib”.

İsmayıl Mehdiyev hadisənin mətbuatda işıqlandırılmasını qınayıb:

“İndi valideyndir, şikayətlənib (B.Məmmədovun anası Salahova Güləbətini nəzərdə tutur X.G.) “Əli yanan, ağzına təpər” deyiblər. Müsəlmançılığı fikirləşib, bu məsələni ictimailəşdimrək olmaz. Elə məsələ var ki, onu bütün respublikaya yaymaq, eləsi də var ki, onu elə sinifdəcə ört-basdır etmək lazımdır. Qeyri-etik hərəkət baş verib, bunu mətbuatda yazmaq doğru deyil”.

Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız zorlanma hadisəsinə görə həbs olunan Bəhram Yengibarın anası Güləbətin Salahova ilə əlaqə saxlayıb.

O, bildirib:

“Mənim oğlum təxminən iyul ayının 5-6-da həbs olunub. Həmin vaxt o hələ məktəbli hesab olunurdu, çünki sonuncu imtahanın verməmişdi. Son imtahanı vermək üçün onu bir neçə saatlığına həbsdən buraxdılar, imtahanı verdi və yenidən həbsə geri qayıtdı. Zorlanma olayını isə nə zaman baş verdiyi hələ dəqiqləşməyib. Zorlanan uşaq gah iyun ayında, gah da 1 il bundan əvvəl zorlandığını deyir. Zorlanmanın mənim oğlum tərəfindən törədilməsi haqda isə heç bir dəlil-sübut və şahid yoxdur”.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin 23 avqust sayında “Kürdəmir məktəblisi zorlanmaya görə həbs edildi” başlığı ilə məlumat dərc olunub.

Məlumatda bildirilir ki, Kürdəmir rayonu Xınıslı kənd sakini Salahova Güləbətin Rza qızı redaksiyamıza gələrək fəryad edib. Şikayətçi bildirib ki, bu günlərdə 17 yaşlı məktəbli oğlu Məmmədov Bəhram Yengibar oğluna həmkəndlisini zorladığı barədə böhtan atılıb:

“Oğlum Bəhrəm Xınıslı kənd məktəbinin 11-ci sinif şagirdidir. Bu günlərdə oğlumu həbs edib, işgəncə verdilər. Guya ki, 16 yaşlı həmkəndlisi M.R.F oğlunu zorlayıb. Bu haqda video və foto da yayılıb. Həmin görüntülərdə M.R.F-nin əxlaqdan kənar əksləri var. Lakin onun yanındakıların kimliyi bəlli deyil. İddia edirlər ki, guya yanındakılardan biri mənim oğlum olub, hansı ki, heç bir dəlil-sübut, şahid yoxdur. Oğlum da and-aman edir ki, məsələdən qətiyyən xəbəri yoxdur”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın