Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / Kürdəmir məktəblisi zorlanmaya görə həbs edildi – TƏFƏRRÜAT

Kürdəmir məktəblisi zorlanmaya görə həbs edildi – TƏFƏRRÜAT

Güləbətin Salahova: “Oğlum and-aman edir ki, məsələdən qətiyyən xəbəri yoxdur”

Kürdəmir rayonu Xınıslı kənd sakini Salahova Güləbətin Rza qızı redaksiyamıza gələrək fəryad edib. Şikayətçi bildirib ki, bugünlərdə 17 yaşlı məktəbli oğlu Məmmədov Bəhram Yengibar oğluna həmkəndlisini zorladığı barədə böhtan atılıb: “Oğlum Bəhrəm Xınıslı kənd məktəbinin 11-ci sinif şagirdidir. Bugünlərdə oğlumu həbs edib, işgəncə verdilər. Guya ki, 16 yaşlı həmkəndlisi M.R.F oğlunu zorlayıb. Bu haqda video və foto da yayılıb. Həmin görüntülərdə M.R.F-nin əxlaqdan kənar əksləri var. Lakin onun yanındakıların kimliyi bəlli deyil. İddia edirlər ki, guya yanındakılardan biri mənim oğlum olub, hansı ki, heç bir dəlil-sübut, şahid yoxdur. Oğlum da and-aman edir ki, məsələdən qətiyyən xəbəri yoxdur.

Mən oğlumu 4 yaşından saxlayıb, ona analıq etmişəm. Həyat yoldaşım gözdən 1-ci qrup əlildir. Övladımızı min bir əzab-əziyyətlə böyüdüb, tərbiyə etmişik. Hansısa məqsədlər üçün oğluma bu böhtan atılır. Həbsdə olduğu zaman ona ağır işgəncələr verilir, törətmədiyi cinayəti boynuna qoymaq istəyirlər. Oğlum mənə məktub yazaraq bildirib ki, “Ana, bu cür haqsızlığa görə intihar edəcəm””.

b07a624f-383f-4d50-bad1-4c04f402fb4f.jpg (107 KB)

Güləbətin Salahova

 

Ananın sözlərinə görə, əvvəlcə məlum video və görüntüləri çəkən şahid istintaqa cəlb olunsa da, sonradan gizlədilib:

“Əvvəlcə Münasib adlı oğlan görüntüləri çəkdiyini boynuna alsa da, sonradan istintaqdan uzaqlaşdırıldı. Hələ də onun məsuliyyətdən kənarda saxlanılması faktı araşdırılmır. Zorlandığını iddia edən azyaşlı isə mənimlə söhbətində 2 həftə öncə, daha sonra isə 1 il bundan qabaq zorlandığını deyir. Uşaq əvvəlcə onu zorlayan şəxsin mənim oğlum olduğunu, sonrakı ifadələrində isə tanımadığı şəxslər tərəfindən törədildiyini bildirir. Üstəlik, başına gələn bu olayın harada, hansı şəraitdə baş verdiyini izah edə bilmir.

Kürdəmir Rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru Rüfət Mustafazadə kəndimizdən çoxlu sayda azyaşlıları zorla gətirib hədə-qorxu gələrək oğlumun əleyhinə yalan ifadə verib, şahidlik etməyə məcbur edir. Həmin azyaşlıların valideyinləri buna görə səs-küy salırlar. Artıq həmin valideynlər aidiyyəti orqanlara şikayətlər göndəriblər və şikayət etmək üçün Prezident Aparatına gedəcəklər.

Zorlanma hadisəsini videolentə alan şəxsin, oradakı zorlayanın kimliyini nə üçün müəyyən etmirlər? Nə üçün heç bir şahid, subut olmadan azyaşlı övladımı həbs ediblər?

Polis şöbəsində mənim ifadəmi alarkən bildirdim ki, “Zorlanmada mənim oğlumun iştirak etməsi haqda heç bir dəlil-sübut, şahid yoxdur. Hansı haqla oğlumu günahlandırıb, işgəncə verirsiz?” Buna görə məni təhqir etdilər, hətta arxadan təpiklə vurub, otaqdan çıxartdılar”.

Güləbətin Salahova mətbuat vasitəsilə aidiyyəti orqanlardan imdad diləyib: “Ombusdman Aparatına müraciət etmişəm. Qurumdan bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq. Digər aidiyyəti qurumlardan da xahiş edirəm, mənim azyaşlı günahsız oğlum Bəhrəmin hüquqları müdafiə olunsun. Bir daha qeyd edirəm ki, oğlum bütün bu olaylara dözməyib intihar etmək istəyir. Biz övladımızı çox çətinliklə böyütmüşük. Baş verən haqsızlığa dözə bilmirik”.
Məsələ ilə bağlı qarşı tərəfin də rəyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın