Ana səhifə / Araşdırma / Küçədə qadını təhqir edən şəxs Zakir Fərəcovun əmisi oğlu çıxdı – FOTO

Küçədə qadını təhqir edən şəxs Zakir Fərəcovun əmisi oğlu çıxdı – FOTO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kişinin qadını təhqir etməsi ilə bağlı video yayılıb.

Belə ki, xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Nəticədə avtomobili əzilən şəxs xanımı çox ağır şəkildə təhqir edib. Bundan başqa həmin şəxs qadını vurmaqla hədələyib.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, videodakı həmin şəxs Sumqayıtın icra başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur. O, eyni zamanda dövlət məmurunun qaynıdır.

Bundan başqa hadisə Bakıda deyil, Sumqayıtda, dənizkənarı parkın yaxınlığında baş verib.

Küçədə qadını təhqir edən şəxs Zakir Fərəcovun əmisi oğlu çıxdı

Həmçinin oxuyun

Qaradağ rayonu icra başçısı Qarabağ şəhidləri adına olan məscidin torpağının ərazisini qanunsuz olaraq zəbt etdi – FOTOLAR və VİDEO

Dövlət başçısı İlham Əliyev 2000-ci ildə Qaradağ rayonundan millət vəkili olarkən onun təşəbbüsü ilə həmin …