Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Kredit təşkilatının yoxa çıxan işçisi evinin qarşısında tapıldı

Kredit təşkilatının yoxa çıxan işçisi evinin qarşısında tapıldı

Bir neçə gündür ki, axtarışda olan Bakının Səbayel rayonu sakini, 1990-cı il təvəllüdlü Pərviz Natiq oğlu Əlibəyli tapılıb.

Musavat.com xəbər verir ki, Bakıda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarından birinin itkin düşən əməkdaşı Pərviz Əlibəyli bu gün evinin qarşısına buraxılıb.

Məlumata görə, Pərviz Masallı rayonunun Boradigah qəsəbəsindən olub. O, Bakıda evinin qarşısına gətirilib. O, itkin düşərkən onun üzərində 5 min dollar pul olub.

Qeyd edək ki, Pərviz dekabrın 17-si səhər saat 07:00 radələrində evdən çıxmış və bir daha geri qayıtmamışdı.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın