Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Araşdırma / Korrupsioner məmuru dağlarda tapa bilmədilər, beynəlxalq axtarışa verdilər

Korrupsioner məmuru dağlarda tapa bilmədilər, beynəlxalq axtarışa verdilər

Dağıstanın tibbi-sosial ekspertiza Bürosunun keçmiş rəhbəri, barəsində həbs qətimkan tədbiri seçildikdən sonra ötən həftə doğulduğu Qindib kəndindən dağlara qaçan Maqomed Maxaçevin axtarışları nəticə verməyib. Virtualaz.org Dağıstan mənbələrinə istinadən xəbər verir ki, xüsusi təyinatlıların iştirakı ilə Maxaçevi Qindib kəndinin ətrafındakı dağlıq ərazilərdə üç gün axtarsalar da tapa bilməyiblər. Nəticədə onun barəsində beynəlxalq axtarış elan ediblər.

Dağıstan hüquq-mühafizə orqanlarından bildiriblər ki, Maxaçevin ya Gürcüstana, ya Azərbaycana qaçdığı təxmin olunur. Onun doğulduğu Qindib kəndindən sərhədə qədər cəmi 20-30 kilometr məsafə var. Sonuncu dəfə Maxaçevi kənddəki evlərini polislərin gəlişindən az əvvəl piyada tərk edərkən görüblər, o dağlara tərəf gedib və izini itirib. Hazırda Dağıstan hüquq-mühafizə orqanları Maxaçevin axtarışı üçün qonşu Azərbaycan və Gürcüstan güc strukturlarına müraciət edirlər.

Xəbər verildiyi kimi Maxaçev və onun qruplaşmasına daxil olan məmurlar, həkimlər saxta ayarışlar əsasında hər il yüzlərlə sağlam dağıstanlıya əlillik statusunun verilməsini təşkil ediblər. Onun fəaliyyəti nəticəsində təkcə ötən il Rusiyanın Pensiya Fonduna 24 milyon rubl ziyan dəyib. Maxaçevin həbsi barədə mayın 31-də order verilib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları məmuru həbs etmək üçün onun Mahaçqaladakı evinə gedəndə Maxaçevin bir neçə dəqiqə əvvəl evi tərk etdiyi, avtomobillə doğulduğu Qindib kəndinə yola düşdüyü məlum olub. Əməliyyatçılar və xüsusi təyinatlılar 20-dən çox avtomobillə onun dalınca düşüblər, amma kəndə çatanda məlum olub ki, Maxaçev orada da yoxdur və az əvvəl dağlara tərəf qaçıb.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …