Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Körpə ölümü ilə nəticələnmiş qəzanı “Qarabağ”ın yeni qapıçısı törədib

Körpə ölümü ilə nəticələnmiş qəzanı “Qarabağ”ın yeni qapıçısı törədib

Bakıda bir ailənin bütün üzvləri qəzaya düşüb.

Xəbər verdiyimiz kimi, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, Əbdulbağır Bağırov marketə daxil olmaq üçün idarə etdiyi “Mercedes” markalı avtomobilini yol kənarında saxlayıb. O, geri qayıdaraq maşınına əyləşmək istəyib. Bu zaman yüksək sürətlə gələn “BMW” markalı avtomobil Ə.Bağırovun yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış maşınına çırpılıb. Nəticədə piyada qismində Ə.Bağırov, o cümlədən “Mercedes” markalı avtomobildə olan onun həyat yoldaşı Bağırova Günel Məzahir qızı ağır xəsarət alıb. G.Bağırovanın qucağında olan 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlu isə avtomobildən bir neçə metr kənara düşərək ölüb.

Bildirildiyinə görə, “BMW”nin sükanı arxasında “Qarabağ” futbol klubunun yeni transferi, Almaniyanın “Ayntraxt” klubunun keçmiş qapıçısı Emil Balayev olub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

*   *   *10:44

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Əmircan qəsəbəsində Emin Babayevin idarə etdiyi “BMW X5” markalı, 90 OH 111 dövlət nömrə nişanlı avtomobillə “Mercedes 180” markalı, 10 RB 542 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə, “Mercedes” markalı avtomobildə olan 1986-cı il təvəllüdlü Bağırova Günel Məzahir qızı və onun qucağında olan 2016-cı il təvəllüdlü oğlu Xalid Bağırov xəsarət alıblar. X.Bağırov xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (APA)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın