Şənbə , İyun 6 2020
Ana səhifə / Araşdırma / KORONAVİRUSDAN CƏMİYYƏTİMİZ NECƏ MÜDAFİƏ VƏ MÜHAFİZƏ OLUNUR?

KORONAVİRUSDAN CƏMİYYƏTİMİZ NECƏ MÜDAFİƏ VƏ MÜHAFİZƏ OLUNUR?

21-ci əsrin artıq böyük bəlasına çevrilmiş COVİD-19 adlı yeni növ koronavirus infeksiyası çox təəssüf olsun ki, ölkəmizdən də yan keçməyib. Hal-hazırda dünyanın demək olar ki, bütün inkişaf etmiş dövlətləri bu pandemiyanın geniş yayılmasının qarşısını almaq məqsədilə gücləndirilmiş karantin rejimini tətbiq ediblər.

Hətta inkişaf etmiş ölkələr virusa qarşı çıxış yolu tapmaqda çətinlik çəkirlər. Çinin Uhan şəhərindən baş qaldıran koronavirus infeksiyası artıq Azərbaycanla qonşu olan dövlətlərdə yayılan andan etibarən Cənab Prezidentimiz İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində çox ciddi tədbirlər görüldü. İlk öncə virusun xaricdən respublikamızda yayılmasının qarşısını almaq məqsədilə xarici ölkələrlə gediş-gəlişə məhdudiyyət qoyuldu; sərhəd qapıları bağlandı; təhsil ocaqlarında dərslər müvəqqəti olaraq təxirə salındı; respublikamızda əhaliyə xidmət göstərən bütün ticarət obyektlərinin və ictimai iaşə müəssisələrinin fəaliyyəti dayandırıldı. Ən əsası insanların evdən çölə çıxmasının nə qədər riskli olmasıyla bağlı dəfələrlə Nazirlər Kabineti yanında Operativ Qərargahın çağırışına təəssüf ki, hələdə etinasız yanaşanlar vardır.Qeyd edim ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq Cənab Prezidentimiz böyükdən-kiçiyə hər birimizin sağlamlığını düşünərək çox təqdirəlayiq addımlar atır. Mövcud vəziyyətdən minimum itkilərlə çıxmaq üçün xalqı dəfələrlə evdə qalmağa səsləyir.

Azərbaycanın birinci-vitse prezidenti Mehriban xanım Əliyeva bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq koronavirusla bağlı etdiyi təsirli müraciətdə vətəndaşları karantin rejiminə əməl etməyə, evdə ailələrinin yanında qalmağa, maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıb.Yoluxma və yoluxdurma hallarının qarşısının alınması məqsədilə atılan bütün addımlar əlbəttəki insanların rifahı üçündür. Hesab edirəm ki, cəmiyyətin özü bu ağır günlərdə dövlət başçımızın qəbul etdiyi qərarlara dəstək çıxmalı, belə olarsa kütləvi insan ölümünün qarşısının alınacağına və problemin qısa zaman kəsiyində həll olunacağına inanmalıdır.Əziz həmvətənlilər! Evdə qalmaq vacibliyini əsaslandıran koronavirus infeksiyasını lütfən ciddiyə alın, zərurət yaranmadığı halda evdən çölə çıxmayın. Artıq neçə vaxtdır ki, bütün dövlət qurumları bizim sağlamlığımız naminə səfərbər olublar. Axı onlarda bu gün virusla mübarizədə öz canlarını təhlükəyə atırlar. Biz hal- hazırda bütün dünyaya “meydan oxuyan” koronavirus infeksiyası ilə mübarizə apararaq, davranışlar sistemində münasibətlərin birliyini rəhbər tutmalıyıq. Həmrəy olub, gələcəyimizi bir virusun məhv etməsinə imkan verməməliyik. “Dünyanı ümid ilə yemişlər” deyib atalarımız. Dünya gündəminin müzakirə predmetinə çevrilmiş yeni növ infeksiyanın bir gün tamamilə bitəcəyinə, cəmiyyətin əvvəlki xoşbəxt yaşamına geri dönəcəyinə ümidli olmalıyıq.Kütləvi informasiya vasitələrindən izləyirik, məsələn elə ölkələr var ki, evlərini tərk edən vətəndaşlarla bağlı çox sərt qərarlar qəbul ediblər. Xalqımızın milli-mənəvi dəyərlərindən qaynaqlanaraq bütün baş verən hadisələrdən biz özümüzə nəyi əxz eliyə bilərik?

Hər birimiz fərd olaraq məsələyə ciddi yanaşmalı, evdə qalaraq özümüzlə yanaşı bir neçə insan həyatını ölümlə üz-üzə qalmaqdan qurtarmış olarıq. Çox təəssüf ki, uzun müddətdir günümüzü koronavirus infeksiyasının aldığı canlarla açırıq. Dünya üzrə statistikaya nəzər saldıqda Azərbaycanda ölü sayının hələlik 7 nəfər olduğunu görürük. Lakin qoyulan qayda və qanunlara vaxtında vətəndaşlar tərəfindən riayət olunmasa virusa yoluxanların sayının artması acı da olsa qaçılmazdır.

Sözsüz ki, belə çətin, ağır günlərdə isə ən böyük təşəkkür öz vəzifə borcunu layiqincə yerinə yetirən Azərbaycan həkimlərinə düşür. Əziz həkimlər! Pandemiyanın artıq idarəolunmaz vəziyyətində siz öz sağlamlığınızı təhlükəyə ataraq sanki ön cəbhədə səngərdə duran bir əsgər kimi gecə-gündüz dayanmadan çalışırsız. Biz vətəndaş kimi öz səhiyyəmizə, həkimimizə inanırıq. İnanırıq ki, bütün dünyanın əziyyət çəkdiyi bu çətin sınaqdan alnı – açıq, üzü – ağ çıxarıq. Sizin əzminiz, iradəniz, məsuliyyətiniz bizə yaşamaq gücü verir. Bu gün bütün ümidimiz sizədir.Əziz Azərbaycan həkimləri! Mərdlik, cəsarət və sevgi göstərərək çıxmış olduğunuz alqışa layiq bu yolda hər birinizə bir gənc olaraq öz sonsuz minnətdarlığımı bildirirəm.

Aynur Əliyeva

Həmçinin oxuyun

Xalça satdığı iddia olunan səfirin əmlakı üzə çıxdı – FOTO

“Mətbuatdan məlum olduğu kimi 3 il bundan əvvəl İsveçrəyə səfir təyin olunan Xanım İbrahimova həmin …