Ana səhifə / Araşdırma / “Kontakt”ın “Facebook” səhifəsi Ermənistandan idarə olunur? – FOTO

“Kontakt”ın “Facebook” səhifəsi Ermənistandan idarə olunur? – FOTO

Sosial şəbəkələrdə “Kontakt Home”un “Facebook” hesabının idarəçiləri ilə bağlı sensasion məlumatlar yayılıb.
İqtisadiyyat.az xəbər verir ki, yayılan məlumatlarda mağazalar şəbəkəsinin rəsmi səhifəsinin iki admininin Ermənistandan olduğu iddia edilir.
İddialara görə, səhifənin adminlərindən 31-i Azərbaycanda, 1-i Rusiyada, 2-si isə Ermənistandadır. Bu informasiya sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İstifadəçilər sözügedən məsələ ilə bağlı “Kontakt Home”un mövqeyini öyrənmək istəyiblər.
Sorğuya cavab olaraq bildirilib ki, “Kontakt” mağazalar şəbəkəsinin nəinki sosial media səhifələrində, ümumilikdə hər hansı strukturunda Ermənistan dövləti ilə bağlılığı olan heç bir şəxs çalışmır:
“Bu, ilk növbədə şirkətimizin prinsiplərinə ziddir. Lakin bütün digər yerli və qlobal bizneslər kimi biz də Meta platformalarında səhifələrimizin inkişaf etdirilməsi məqsədilə müxtəlif beynəlxalq partnyorlarla çalışırıq. Təəssüf ki, həmin şirkət nümayəndələrinin səhifələrimizə daxil olduqları cihazları izləmək, faktiki səyahət yerlərini görmək imkanımız yoxdur. Hər bir halda, bununla bağlı artıq Meta partnyorlarımıza xəbərdarlıq etmişik”.

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …