Bazar ertəsi , Mart 20 2023
Ana səhifə / Araşdırma / “Kontakt Home”la bağlı araşdırma başladı

“Kontakt Home”la bağlı araşdırma başladı

Dünyada baş verən iqtisadi proseslərin fonunda qeyri-ərzaq məhsullarının qiymətində dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi üçün tədbirləri davam etdirir.

Qurumdan verilən məlumata görə, bu tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında fəaliyyət göstərən təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməməklə araşdırmanın çevik və effektiv aparılmasına əngəl yaratdığı üçün “ABC-TELECOM” MMC (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində https://competition.gov.az/storage/files/files/720/SoW7C2hxkT97J8v3aREJY9VFB72lZw8Ddzjh9ubv.pdf yerləşdirilib.

Həmçinin oxuyun

Novruz bayramının ilk təşkilatçısı Şıxəli Qurbanov kimdir?

“Azadlıq Radiosu”nun 2009-cu ildə Şıxəli Qurbanovla bağlı hazırladığı yazını təqdim edirik: «1967-ci il bu vaxtlar …