Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Komi həbsxanasında praporşik Əliyev mayor Həsənovu avtomatla güllələdi

Komi həbsxanasında praporşik Əliyev mayor Həsənovu avtomatla güllələdi

Rusiyanın Komi muxtar respublikasındakı 31 saylı həbsxanada baş praporşik Ş.Əliyev mayor X.Həsənovu güllələyib.

Azinforum.az Lifenews-a istinadən xəbər verir ki,  hadisə bu gün səhər saatlarında baş verib.

Məlumata görə səhər saat 9 radələrində penetensionar müəssisədə məhbuslardan birini xəstəxanaya müşaiyət etmək üçün müvəqqəti qaraul təşkil edilib. Məhbusu xəstəxanaya yola salanda Əliyev həsbxananın darvazası qarşısında onu aparmağa gələn maşını gözləyirmiş. Bu zaman həbsxananın digər işçisi mayor Həsənov öz maşını ilə ona yaxınlaşıb.

Lakin Həsənov maşından düşməyə imkan tapmayıb, yaxınlıqda dayanan Əliyev avtomatını götürərək mayoru gülləbaran edib. Həsənov avtomobilin arxasına sığınmağa çalışsa da buna imkan tapmayıb və yük yerinin arxasına yıxılıb. Əliyev ona tərəf qaçıb və Həsənovun başından sonuncu kontrol atəşini açaraq onu öldürüb.

İki azərbaycanlı arasında baş vermiş bu dəhşətli hadisənin motivləri çox keçmədən məlum olub. Həbsxanadakı mənbələr bildiriblər ki, praporşik Əliyev və mayor Həsənov çoxdanın dostu olublar. Lakin son vaxtlar onların münasibətləri çox pisləşibmiş. Bunun səbəbinin Əliyevin penitensionar xidmətdən mənzil almaq üçün birdəfəlik pul kompensasiyasını əldə etməsi olduğu bildirilir.

“Əliyev bütün ömrü boyu çox xəsis adam olub. Görünür bu xəsislik onu indiki dəhşətli cinayəti törətməyə sövq edib. Belə ki, Əliyev ev pulunu alan kimi hərislikdən özünü itirib və arvadına deyib ki, onunla boşanacaq və uşaqları da götürüb pulla birlikdə Azərbaycana gedəcək”-mənbə bildirib.

Mayor Həsənov

Ailənin dostu olan Həsənov isə bu qərarında Əliyevi dəstəkləməyib və onu düz yola qaytarmağa çalışıb. Ancaq onların arasında mübahisə yaranıb və dostlar bir-biri ilə danışmayıblar. Bu situasiyaya görə həbsxana rəhbərliyi onları söhbətə çağırıb. Əliyevlə Həsənovun növbətçilik qrafiki ilə seçiblər ki, onlar bir-biri ilə qarşılaşmasın. Hər ikisi ilə psixoloq işləyib. Ancaq xeyri olmayıb və Əliyev ilk fürsətdə Həsənovu avtomatla güllələyib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın