Ana səhifə / Araşdırma / Kombinat direktorunu öldürənlər tutuldu

Kombinat direktorunu öldürənlər tutuldu

Bakıda Taxıl Kombinatının direktorunun qətlinin üstü açılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Saxlanılanlardan biri qətlə yetirilən kombinat direktorunun tanışı Mahurə adlı qadındır. Həmin qadın Ehtiram və Mübariz adlı şəxslərlə əlbir olaraq məlum qətli həyata keçiriblər.

Qeyd edək ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Qətlə yetirilən Q. Bağırov Taxıl Kombinatının direktoru olub.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın