Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Komandir müavini və arvadının meyiti tapıldı- Rusiyada

Komandir müavini və arvadının meyiti tapıldı- Rusiyada

“Sever” batalyonunun komandir müavini Musa Ayubov və onun həyat yoldaşının cəsədi Qroznıda aşkar olunub.

“Onların cəsədləri cümə axşamı Qroznıda qaldıqları yataqxanadakı otaqda tapılmışdır. Hadisə yerində Makarov tipli tapança aşkar olunub və ehtimal edilir ki, qatil məhz bu silahdan qurbanlarının başına atəş açıb. Hal-hazırda, qətldə şübhəli bilinən şəxs yaxalanıb. İstintaq gedir,” TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinad edərək xəbər verir.

Qafqazinfo”nun BBC-yə istinadən məlumatına görə, Ayubovun qohumu qətldə şübhəli bilinən şəxs kimi saxlanılıb.

Bundan əvvəl, həmin batalyonun komandir müavini vəzifəsini, siyasətçi Boris Nemtsovun qətlində günahlandırılan Zaur Dadayev yerinə yetirirdi.

Eyni zamanda, batalyonun komandir müavini vəzifəsini Ruslan Geremeyev də yerinə yetirir və qeyri-rəsmi mənbələrə görə ehtimal olunur ki, o, Boris Nemtsovun qətlinin təşkilatçısıdır. Geremeyevin axtarışa verilməsi barədə rəsmi məlumat yoxdur.

Boris Nemtsov kürəyindən vurulan dörd güllə ilə Kreml yaxınlığındakı körpüdə fevralın 27-dən 28-nə keçən gecə öldürülüb.

2015-ci ilin mayına kimi, tərkibində 700 nəfərin daxil olduğu “Sever” batalyonuna Dövlət Dumasının deputatı Adam Delimxanovun qardaşı Alibek Delimxanov qardaşı başçılıq edib. May ayından etibarən, Raxman Abdulkadirov batalyon komandiri səlahiyyətini icra edir.

“Yuq” batalyonu ilə yanaşı, “Sever” batalyonu Rusiyada etnik prinsip əsasında yaradılmış yeganə hərbi qruplaşmalardır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın